“Azərpambığ”ın ixrac gəlirləri bu il 58 milyon manata yaxın azalıb
Bu ilin yanvar-avqust aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 16,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Valyuta.az-ın məlumatına görə, bu barədə “İxrac İcmalı”nda bildirib. Məlumata görə, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünə nisbətən 3 dəfə və ya 33,9 milyon dollar (57,63 milyon manat) azalıb. Belə ki, 2022-ci ilin eyni dövründə isə "Azərpambığ"ın ixracdan gəliri 50,5 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, "Azərpambığ"ın pambıq ixracı üzrə bazar payı da kəskin azalıb. Belə ki, 2022-ci ilin ilk səkkiz ayında MMC-nin bazar payı 35,2% təşkil edibsə, bu il bu rəqəm 19,9%-ə enib.
Şirkət hesabat dövrü üzrə ixracının həcminə görə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən dövlət şirkətləri arasında 6-cı olub.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay