BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33631

54 yaşlı Uill Smit uzun müddət kino sənayesində ən çox qazanan ulduzlardan biri olub və son onilliklərin kommersiya baxımından ən uğurlu filmlərində baş rolları oynayıb.
Smitin istedadları təkcə aktyorluqla məhdudlaşmır. Onun reper və prodüser kimi uzunmüddətli fəaliyyəti olub.

Son 35 il ərzində diqqət mərkəzində olan Uill Smitin təqribən 350 milyon dollarlıq şəxsi sərvət topladığı və onu bütün zamanların ən çox qazanan aktyorlarından birinə çevrildiyi təxmin edilir. Musiqidəki köklərinə baxmayaraq, Smit ən çox aktyor kimi tanınır və filmdəki işi indiyədək ən gəlirli iş olub. O, “Kral Riçard”dakı Riçard Uilyams obrazına görə “BAFTA”, “Tənqidçinin Seçimi”, “Qızıl Qlobus” və ən son olaraq “Oskar” qazandı. Digər rollarına görə də, çoxlu nominasiyalar qazanıb.

Valyuta.az Smitin aktyorluq karyerası ərzində müxtəlif kino rolları üçün aldığı heyrətamiz gəlirlərdən bəzilərini sadalayır:

“Müstəqillik günü” (Independence Day) - 5 milyon dollar

1996-cı ildə çəkilən Amerika elmi fantastika filmidir. Rejissoru Roland Emmerixdir. O, dünya üzrə 817,4 milyon dollardan çox gəlir əldə edərək 1996-cı ilin ən çox gəlir gətirən filmi və “Yura Parkı” (1993) filmindən sonra o vaxta qədər ən çox gəlir gətirən ikinci film oldu. Film “Ən yaxşı vizual effektlər” üzrə Akademiya Mükafatını qazandı və “Ən yaxşı səs” üçün Akademiya Mükafatına namizəd oldu.

“Köpək balığı nağılı” (Shark Tale) - 15 milyon dollar
2004-cü ildə “DreamWorks Animation” tərəfindən istehsal edilmiş Amerika kompüter animasiya komediya filmidir. Oskar (Smit) adlı uğursuz balığın hekayəsindən bəhs edir.

“İntihar dəstəsi” (Suicide Squad) - 20 milyon dollar
2016-cı ildə çəkilən Amerika super qəhrəman filmidir. Filmdə Amanda Uollerin başçılıq etdiyi gizli dövlət qurumu həbsdə olan nəzarətçiləri azaldılmış cəzalar müqabilində dünyanı güclü təhlükədən xilas etmək üçün işə cəlb edir.

“Ələddin” (Aladdin) - 20 milyon dollar
2019-cu ildə ekranlaşdırılan Amerika musiqili fantaziya filmidir. Süjet küçə kirpisi Ələddinin Şahzadə Yasəmə aşiq olması, arzularını yerinə yetirən cinlə dostluq etməsi və pis sehrbaz Cəfərlə döyüşməsi ilə bağlıdır.

“Mən Əfsanəyəm” (I Am Legend) - 25 milyon dollar
Amerika post-apokaliptik döyüş triller filmidir. Film Nyu-Yorkda, ilkin olaraq xərçəngi müalicə etmək üçün yaradılmış bir virusun bəşəriyyətin əksəriyyətini məhv etməsindən bəhs edir. 

“Parlaq” (Bright) - 27 milyon dollar
Amerika şəhər fantastika filmidir. Film bir polis məmurunun elf qızını qoruyarkən irqçilik və polis korrupsiyası ilə üzləşməsi haqqında ətraflı məlumat verir.

“Kral Riçard” (King Richard) - 40 milyon dollar
2021-ci ildə çəkilmiş Amerika bioqrafik idman dram filmidir. Həm Amerika Film İnstitutu, həm də Milli Nəzarət Şurası tərəfindən ilin ən yaxşı on filmindən biri seçilib. Smit bu filmə görə “Ən yaxşı aktyor” mükafatını qazanıb.

“Xoşbəxtlik axtarışında” (Pursuit of Happyness) - 71,4 milyon dollar
Amerika bioqrafik dram filmidir. Kris Qardner (Will Smith) dolanmağa çalışan bir ailə başçısıdır. Ailəsini ayaqda saxlamaq üçün göstərdiyi cəsarətli səylər, üzləşdiyi çətinliklərdən bəhs edir.

“Mən, Robot” (I, Robot) - 28 milyon dollar
2004-cü il Amerika elmi fantastika filmidir. Detektiv Del Spooner (Smith) Bir şirkət rəhbərinin iddia edilən intiharını araşdırır və hesab edir ki, Sonny adlı insana bənzər robot onu öldürüb.

“Qara geyimli kişilər” (Men in black) - 5 milyon dollar 
1997-ci il istehsallı Amerika elmi-fantastik komediya filmidir. Film dünya üzrə 589,4 milyon dollardan çox gəlir əldə edərək 1997-ci ilin ən çox gəlir gətirən 3-cü və onilliyin ən çox gəlir gətirən 9-cu filmi oldu.

Aktyorun həyat tərzi də olduqca dəbdəbəlidir. 

Uill Smitin lüks həyat tərzinə daşınmaz əmlak investisiyaları, bahalı avtomobillər, şəxsi təyyarələr, basketbol komandası və bir sıra digər böyük investisiyalar daxildir.
Uill Smitin lüks şəxsi təyyarəsi var. Uillin dəbdəbəli uçmağı sevdiyini sübut edən bir hadisə 2011-ci ildə baş Verdi. Smitin Dublindən Mançesterə səyahət edərkən bir təyyarə icarəyə götürməyi seçdi və cəmi 50 dəqiqəlik uçuş üçün 12.000 dollar ödədi. O, həmçinin ən bahalı avtomobillərdən bəzilərinə sahibdir. Onun heyranedici dəbdəbəli avtomobil kolleksiyasına 1965-ci il istehsalı olan Cadillac Escalade, Mercedes Benz GL450, Bentley Azure, qırmızı Ford Mustang kabriolet və Maybach 57-lər, həmçinin bir neçə başqa Ford Taurus daxildir.

Nuray 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin