BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
33601

Onlayn biznes qurmaq son dönəmlərdə populyardır. Həm sosial medianın inkişafı, həm də insanların onlayn alış-verişə zamanla vərdiş etməsi bu biznesə təkan verir. Bəs onlayn biznes necə qurulur?

Onlayn geyim satışı ilə məşğul olan Ağa Əsgəroğlu Valyuta.az-a işinin püf nöqtələrindən danışdı. O, deyir ki, onlayn biznes qurmaq üçün ilk olaraq necə bir biznesə başlamağı dəqiq müəyyənləşdirmək lazımdır: “Ümumiyyətlə, 2 cür onlayn biznes qurmaq olar. Birincisi, məhsula görə online biznesə başlamaqdır. Hər hansı bir məhsul seçilir və o məhsulun bazardakı boşluğu araşdırılır və işə başlanılır. İkincisi, əlimizdə olan və ya əldə edəcəyimiz müxtəlif məhsulları onlayn mühitdə satmaq ideyasıdır. Bu zaman birbaşa istehsalçılarla və ya topdançılarla əlaqə qurulur, onlardan seçilən məhsullar alınır”.

A.Əsgəroğlu deyir ki, daha sonra sosial media səhifəsi qurulmalıdır: “Sosial mediada hədəf kütləsi müəyyən olunandan sonra paylaşılmağa start verilir. Siz satacağınız məhsulun kimlər üçün maraqlı olacağını bilməlisiniz. Əgər gənclər üçün geyim, aksesuar və başqa şeylər satırsınızsa, gənc izləyicilər toplamalısınız”.

Ağa Əsgəroğlu onlayn biznes açmaq üçün keçilən hüquqi proseslər haqqında da məlumat verdi: “Əgər siz arada vasitəçisinizsə, yəni topdançının məhsullarını alıcıya təqdim edirsinizsə, bu prosesi qaimə ilə etmək olar. Lakin siz onlayn satacağınız məhsullar üçün anbar götürüb, ofisə keçirsinizsə, bu zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, fiziki şəxs kimi dövlət vergisi ödəməli və digər lazımi şərtlər yerinə yetirməlisiniz. Bunun üçün fiziki şəxs kimi VÖEN açıb sadələşdirmiş vergi ödəməyə başlayırsız. İcarəyə götürdüyünüz obyektin icarə məbləğinə, kvadratına görə dövlət rüsumu ödənilir”.

Onlayn biznesə başlamaq üçün nə qədər maliyyənin lazım olmasına gəlincə, Ağa bəy deyir ki, bu biznesdə büdcə şəxsin bacarıqlarına görə dəyişir: “Büdcə məsələsi önəmli deyil. 100 manat büdcə ilə onlayn biznesə başlayan da var, 10 000 manatla da. Bu, birbaşa şəxsin bacarığından asılıdır. Müəyyən bir yatırım olarsa, Çindən məhsullar alıb-satmaq sizin üçün daha sərfəli olacaq. Əgər yetəri qədər yatırım yoxdursa, sərfəli üsul Azərbaycanda olan topdançılardan məhsul tədarük etmək olacaq”.

Onlayn satışların sayı çoxaldıqca rəqabət də artır. Bəs onlayn biznesdə uğurlu qiymət necə təyin olunur?

“Pandemiyadan sonra onlayn sferada, xüsusilə də qiymətlərdə ciddi rəqabət başladı. Bu gün də belə davam edir. Qiyməti 4 üsulla təyin etmək olar: xərc əsaslı qiymət, dəyər əsaslı qiymət, rəqabətli qiymət, aşağı qiymət (dempinq). Bu qaydalar bazara, mövcud vəziyyətə və sahibkarın vizyonuna görə dəyişə bilər. Yəni rəqiblərini izlədikdə onların qoyduğu qiymətlərdən aşağı qiymət qoymaq sənin xeyrinə ola bilər. Və ya yeni başlayanda aşağı qiymətlə başlayıb, auditoriyanın güvənini qazanandan sonra qiyməti yavaş-yavaş yüksəldə bilərsiniz. Bu da uğurlu addımdır. Mən öz təcrübəmdə dəyər əsaslı qiyməti seçirəm. Yəni burada qiymət məhsulun yaratdığı dəyərə görə təyin edilir” - deyə Ağa Əsgəroğlu bildirdi.

Nuray
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin