BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
33260

Biznes adamları hansı sahəyə tələbin daha çox olduğunu müşahidə edirlərsə, artıq o sahəni araşdırmağa başlayırlar. Çünki tələb nə qədər çox olarsa, biznesin uğurlu olma ehtimalı da o qədər artır. Son illər Azərbaycanda kofe içənlərin sayı artır və hazırda Azərbaycan bazarında daha çox biznes qurulan istiqamətlərdən biri də kofe məkanları - kofeşoplardır. Bəlkə mən də kofeşop açım? - sualı ətrafında düşünən şəxslər ola bilər. Bəs kofeşop biznesinə başlamaq istəyənlər hansı prosesdən keçməlidirlər? Bu biznesə başlamaq üçün əlimizdə nə qədər vəsait olmalıdır?

“Kassanın alınması 1 aya qədər çəkə bilir”

Kofeşop idarəçisi Kamil Manafov öz keçdiyi biznes prosesini Valyuta.az-la bölüşüb: “Hansısa biznesə başlayırsansa, müəssisəni fiziki, yaxud hüquqi şəxs kimi aça bilərsən. Kofeşop da həmçinin. Fiziki şəxs kimi təbii ki, daha rahatdır. Çünki bu halda pulu nağdlaşdırma məsələləri daha rahat olur. Əgər böyük biznes deyilsə, kiçik bir kofeşop açırsınızsa, fiziki şəxs kimi açaraq başlamaq lazımdır. Onun üçün ilk olaraq VÖEN, sonra, VÖEN-ə bağlı bank hesabı açılır. Sonra məkanla icarə müqaviləsi bağlamaq, obyekt adı almaq lazımdır. Daha sonra POS terminal və kassa sifariş edilməlidir. Kassanın alınması 1 aya qədər çəkə bilir. Çünki hər bankın öz şərtləri var. Əgər məkanınızda şirniyyat tipli məhsullar da hazırlanacaqsa, bunun üçün Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almaq lazımdır. Gəlib yoxlayırlar, hər şey qaydasındadırsa, problem olmur. Təxminən 1 həftəyə hazır olur”.

Kofe aparatlarının qiyməti...

Kamil Manafov kofeşop açmaq üçün biznes adamının xərclərindən də danışdı: “Büdcə məsələsi fərdi xarakter daşıyır. Kofe aparatlarının qiyməti 4-5 min manatdan 100 min manata kimi olur. Böyük brendlər daha bahalı aparatlar istifadə edirlər, yeni başlayanlar isə daha ucuz. O, baristanın rahatlığını təmin edir, kofenin dadına o qədər də təsir eləmir. Yəni 10 minlik aparat da işi görür. Kofeşopun aylıq xərcləri kifayət qədərdir. Daima desertlər, siroplar, kofe stəkanları alınmalıdır. Hər ay sabit xərclər olur, işçilərin maaşı, kommunal ödənişlər və s. Bunlar ayda təxminən 3 000 manat edir. Digər xərclər isə gəlirinizə bağlıdır. Nə qədər kofe, desert və s. satılacaqsa, o qədər də kofe stəkanları və desertlər alınmalıdır”.  
K.Manafov qeyd etdi ki, icarə haqqını nəzərə almasaq, kofeşop açmaq fikriniz varsa, minimum 30 000 manatınız olmalıdır: “İcarə qiymətini də bu məbləğə daxil edib ümumi bir rəqəm çıxarmaq çətindir. Çünki sizin məkanı harda açmağınızdan çox şey asılıdır. Şəhərin mərkəz küçələrində icarə məbləğləri 5 000-10 000 manatdan başlayır”.

“Gloria jeans”, “Starbucks”, “Second cup” deyilsənsə…

Gənc idarəçi deyir ki, tələbat olduğu üçün hər kəs kofeşop açmağa meyillidir, amma biznesi davam etdirmək üçün bəzi nüanslara diqqət edilməlidir: “Şəhərdə tez-tez yeni kofeşop açılır və rəqabət çoxdur. Əgər sən brend, yəni “Gloria jeans”, “Starbucks”, “Second cup” və s.  deyilsənsə, mütləq konseptin olmalıdır ki, rəqabət apara biləsən. Məsələn, “Botanist cafe”, “Fuzzy” kimi kafeləri misal çəkmək olar. Onların müəyyən konseptləri olduğu üçün rəqabət apara bilirlər. Sadə kofeşop açsan, digərlərinin təklif etdiyini etsən, məkan “Tarqovı”da (Fəvvarələr meydanı), yaxud şəhərin hansısa mərkəzi hissəsində deyilsə, çətinlik çəkəcəksən”.

Bəs interyer üçün ən önəmli özəlliklər nələrdir?

“Bir obyektin terrasının olması üstünlükdür. Yayda insanlar terrasda oturmaq istəyirlər. İnteryerdə bir neçə foto zona olması vacibdir. Çünki müştərilər sosial mediada paylaşmaq üçün şəkil çəkdirmək istəyirlər. İnternetin sürətli olması da üstünlükdür. İşləmək üçün kofe məkanlarına üz tutanların da sayı çoxdur” - deyə Kamil Manafov bildirdi.

Nuray
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin