BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33008

İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" ötən mövsüm Çempionlar Liqasının qalibi olduqdan sonra 95 milyon funt-sterlinqdən çox pul mükafatı əldə etdi.

Valyuta.az xəbər verir ki, UEFA bu mövsüm Çempionlar Liqasında iştirak edən klublara 2 milyard avrodan (1,7 milyard funt-sterlinq) çox pul mükafatı ödəyəcək. Bu səbəbdən ÇL-də favoritlərdən olan "Mançester Siti"nin də 100 milyon avrodan çox gəlir əldə edəcəyi gözlənilir. 

Artıq ÇL-də yeni mövsüm başlayır. Klub futbolunun zirvəsi sayılan yarışda yeni mövsümə bugündən "Milan" (İtaliya) - "Nyukasl" (İngiltərə) və "Yanq Boys" (İsveçrə) - "Leypsiq" (Almaniya) matçı ilə start veriləcək. 

Ötən mövsüm İstanbulda keçirilən ÇL-in finalında "İnter"lə oyunda qazanılan qələbə "Mançester Siti"yə 111 milyon avro (95,6 milyon funt) qazandırdı. Bu mövsüm isə Mançester klubuna hələ topa ilk toxunuşdan əvvəl ləyaqət ödənişi kimi 48,6 milyon avro (41,9 milyon funt-sterlinq) mükafat söz verilib. 

Çempionlar Liqasının yeni formatı təsdiqləndikdən sonra gələn mövsümdən etibarən İngiltərə Premyer Liqasının yeddi təmsilçisi bu yarışlarda yer ala biləcək. 

ÇL-də ən böyük başlanğıc ödənişini hələ ki "Real" (İspaniya) qazanıb. Madrid klubuna əvvəlki performanslarına görə 52 milyon avro (44,8 milyon funt-sterlinq) ödənilib. İngiltərə klublarından isə ən böyük qazancı “Mançester Yunayted ” 44, (38 milyon funt-sterlinq, ümumilikdə səkkizinci), “Arsenal ” 41, (35,3 milyon funt-sterlinq, ümumilikdə 11-ci) və “Nyukasl” 20 milyon avro (17,2 milyon funt-sterlinq, ümumilikdə 29-cu) əldə edib.

ÇL-də qrup mərhələsindəki hər qələbə 2,8 milyon, (2,4 milyon funt-sterlinq), heç-heçə 930 min, (800 min funt) dəyərləndirilir. 1/8 final mərhələsinə yüksəlmək 9,6 milyon avro (8,3 milyon funt-sterlinq) qazandırır. 1/4-ə yüksələnlər əlavə 10,6  milyon avro (9,1 milyon funt-sterlinq) gəlir əldə edəcək. Yarımfinalçılara 12,5 (10,8 milyon funt-sterlinq), finalda məğlub olanlara 15,5, (13,4 milyon funt-sterlinq), ÇL-in qalibinə isə 20 milyon avro (17,2 milyon funt-sterlinq) ödənilir.

Müqayisə üçün bildirək ki, Avropa Liqasının qalibi Çempionlar Liqasının qrup mərhələsindən düşmüş klublardan biri olmasa, təxminən 30 milyon avro (25,8 milyon funt-sterlinq) qazana bilər. Keçən mövsüm Konfrans Liqasının qalibi "Vest Hem"in isə 20 milyon avro (17,2 milyon funt-sterlinq) əldə etmək imkanı var. 

Bu ayın əvvəlində məlum oldu ki, ÇL-də komandaların sayı 36-ya yüksəldiləndən sonra, yeni, “İsveçrə modeli” gələn mövsümdən mükafat paylama formasını da dəyişəcək. Çox güman bu, daha bir Premyer Liqa klubunun ÇL-də iştirakına zəmanət verəcək. Digər tərəfdən UEFA əmsal sıralamasını 10 deyil, son beş il ərzində göstərilən performans əsasında tənzimləyəcək. Yəni çox güman, yeni qaydaların tətbiqindən sonra son beş ildə qazandığı uğurlara görə "Mançester Siti" ən yüksək reytinqli komanda ünvanına sahib olacaq və buna görə də əlavə gəlir əldə edəcək.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin