Muzdla çalışan işçilərin sayı niyə azalıb? - Ekspert
Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub.
Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi var idi. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.
İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, muzdla çalışanların sayında 13 minlik azalmanın olması bəzi agentliklərin bağlanması ilə baş verən ixtisarlardan qaynaqlana bilər:
“Son 10 ildə müqavilə ilə çalışanların sayında gah artım, gah da belə azalmalar baş verir. İndiki azalma isə bəzi dövlət agentlikləri və şirkətlərdə baş verən müəyyən ixtisarlarla bağlıdır. Bu müddət ərzində bəzi agentliklər bağlandı, bəziləri isə birləşdirildi. Nəticədə bəzi iş yerləri ixtisara düşdü. Muzdlu işçilərin sayının azalması da bu amillə bağlı ola bilər. Kommersiya təşkilatlarında işçi sayında isə ciddi azalma yoxdur. Bu azalma əsasən büdcə sektoruna aiddir. Amma bu hələlik təhlükəli vəziyyət də deyil”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay