BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
32924

Yerdən təxminən 120 işıq ili uzaqlıqda olan solğun qırmızı ulduzunun ətrafında fırlanan və "suyu olan" planet daha da həyəcanverici hala gəlib. 

Valyuta.az xəbər verir ki, K2-18b-nin atmosferinin tədqiqi nəticəsində karbon qazının və metan qazlarının olduğunu aşkar edilib. Elm adamları əvvəllər bunu hidrogenlə zəngin atmosferə sahib və "Hyceans" adlanan (hidrogen üçün HY və "okean" üçün cean hərflərinin birləşdirilməsi ilə müəyyən edilən dəniz dünyaları) okean planetlərində görə biləcəyimizi proqnozlaşdırmışdılar.

Üstəlik, müşahidələr planetdə dimetil sulfidin "maraqlı" izlərini də üzə çıxarıb. Alimlər bu işarəni "Hycean" aləmlərində də görəcəklərini gözləyirdilər. Bəs niyə həyəcanlanırıq? Çünki dimetil sulfid yalnız Yerdəki həyat tərəfindən, bizim planetdə isə daha çox dəniz fitoplanktonları tərəfindən istehsal oluna bilər.

Kembric Universitetinin astronomu Nikku Madhusudhan kəşflə bağlı bunları deyib: "Bizim tapıntılarımız başqa yerlərdə həyat axtararkən müxtəlif yaşayış mühitlərinin nəzərə alınmasının vacibliyini vurğulayır. Ekzoplanetlərdə həyat axtararkən adi yanaşma, kiçik bərk planetlərə fokuslanmaqdır. Lakin böyük "Hycean" dünyaları atmosfer müşahidələri üçün daha keçiricidir".

Astronomlar bir müddətdir ki, K2-18b-ni izləyirlər. Sözügedən ekzoplanet 2019-cu ildə atmosferi aşkar edilən ilk yaşayış zonası bərk planet idi. Məsələn, Yupiter və Saturn kimi planetlər qazdan ibarətdir. Yaşayış zonası planetin ana ulduzundan səthində maye suyun mövcud ola biləcəyi məsafəyə aiddir. Buxarlanacaq qədər yaxın və ya donacaq qədər uzaq olmamalıdır.

K2-18b Yerdən tamamilə fərqlidir. Daha böyük və daha sıxdır. Onun kütləsi Yerdən 8,6 dəfə, radiusu isə Yerdən 2,6 dəfə böyükdür. Üstəlik, onun orbiti qırmızı cırtdan ulduza çox yaxındır: Hər 33 gündən bir dövrəsini tamamlayır. Lakin qırmızı cırtdan ulduzlar daha soyuq və daha tünd olduqları üçün K2-18b günəşindən bizim Günəşdən aldığımız qədər radiasiya alırlar. Tam olaraq körpə qidası temperaturunda - İlıq. 

Madhusudhan və onun həmkarları 2020-ci ildə K2-18b-ni "həyat daşıma ehtimalı" olaraq qiymətləndiriblər. 2021-ci ildə onlar K2-18b-nin potensial "Hycean" dünyası olduğunu açıqlayıb.

"Bu dünyalardakı okeanların bəzi şərtləri Yerdəki okeanların yaşayış şəraitinə bənzəyir. Bunlara oxşar temperatur və təzyiqlər, maye suyun mövcudluğu və ulduzundan gələn enerji daxildir. Mövzu ilə bağlı çoxlu suallarımız var, amma ilk mərhələdə təxminlərimiz bu yöndədir", deyə Madhusudhan o zaman "Sciencealert"ə bildirmişdi. 

Lakin tədqiqatçılara daha çox məlumat, ekzoplanetin atmosferinə daha yaxından baxmaq və həyat əlamətlərini görmək üçün onlara James Webb Kosmik Teleskopu (JWST) lazım idi. Və nəhayət ki, onu əldə ediblər.

James Webb Kosmik Teleskopunun yaxın infraqırmızı NIRSpec və NIRISS avadanlığından istifadə edərək, onlar K2-18b-nin onun günəşi ilə planetimiz arasında keçidini iki dəfə müşahidə ediblər. Daha sonra onlar ulduzun işığında planetin keçidi və atmosferinin yaratdığı fərqləri araşdırıblar.

Bu fərqləri ayırdıqda, tədqiqatçılar karbon molekulları, karbon qazı və metan qazına dair sübutlar tapıblar. İşıq spektri də az miqdarda dimetil sulfid göstərib.

Bu o deməkdir ki, K2-18b-nin yaşayış üçün yararlı olub-olmadığını müəyyən etmək üçün kifayət qədər müşahidələr yoxdur. Bununla belə, biz buna çox yaxınıq. "Gələcək Webb müşahidələri K2-18b-nin atmosferində əhəmiyyətli səviyyələrdə dimetil sulfid olduğunu təsdiqləyə bilər", deyə Madhusudhan bildirib.

Növbəti addım teleskopun orta infraqırmızı MIRI avadanlığını planetə yönəltmək və dimetilsulfidi daha ətraflı araşdırmaq, eyni zamanda planetin atmosferində mümkün həyat əlamətlərini axtarmaqdır.

Bu nəticələr göstərir ki, JWST ekzoplanetlərin atmosferlərində həyat əlamətlərini aşkar etməyə qadirdir, bu başqa bir planetdə həyat tapmaq yolunda mühüm ilk addımdır.

Madhusudhan bütün bunları belə şərh edir: "Bizim əsas məqsədimiz yaşayış üçün əlverişli olan ekzoplanetdə həyatı müəyyən etməkdir. Bu, kainatdakı yerimizi, qavrayışımızı dəyişəcək. Tapıntılarımız bu məqsədlə "Hycean" dünyalarını daha yaxşı başa düşmək yolunda mühüm addımdır".

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin