BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
32686

“Sizin internetə bir qoşulan sevinir, bir də müqaviləyə xitam verən”, “İnternet çox zəifdir. Demək olar ki, yoxdur”, “Qardaş, sizin internetiniz ölüb, qaldıranı yoxdur”, “Havayı pul gedir, internet də yox dərəcəsində”. Bunlar “Baktelecom”un “Facebook” səhifəsində yazılan şikayət rəylərindən bir neçəsidir. “Baktelecom”un internetinin zəifliyindən şikayətlənənlər çoxdur.

Şikayətlərin səbəbinin nə olması ilə bağlı “Baktelecom”la əlaqə saxladıq. Şirkətdən valyuta.az-a bildirildi ki, şəbəkə daim nəzəratdə saxlanılır: “İnternet xidmətinin təminatı istiqamətində tərəfimizdən kütləvi nasazlıq müşahidə olunmur. Hər hansı dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda abunəçilərin “170” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur”.

“Baktelecom” istifadəçisi Orxan Ömərli valyuta.az-a bildirdi ki, Çağrı Mərkəzinin qəbuluna düşmək çətin məsələdir: “Nə zaman zəng edirsən, deyir ki, növbədə 30 nəfər var. 5 manat konturum bitdi, amma şikayətimi bildirmək üçün mənə növbə çatmadı”.

Fidan Şirinzadə də internetin zəifliyindən gileylənir: “ATS-ə zəng edirəm, deyir, modemi söndürüb-yandırın düzələcək, axşamlar modemi söndürün. Mən anlaya bilmirəm ki, modemi söndürüb yandıranda internetin zəifliyi düzəlir?”

Təkcə Fidana yox, bu sual hər kəsə maraqlıdır. Çünki bu ifadəni tez-tez eşidirik. Bəs nə qədər doğru anlayışdır?

İT mütəxəssis Elvin Abbasov valyuta.az-a bu mif barədə danışdı: “Modemin illərlə işlək vəziyyətdə olması yaxşı deyil. Modem də hər bir elektronik avadanlıq kimi müəyyən dövrdə söndürülməlidir, amma modemi söndürüb-yandırmaqla internetin zəifliyinin aradan qalxması səhv anlayışdır. İnternetin zəifliyi bir neçə alt motivə söykənir. Ya provayderdə, ya modemdə, ya da hansısa avadanlıqda problem var. Bu problemlərdən çıxış yolu da söndürüb-yandırmaq olmur. Avadanlıq dəyişməli, yaxud təmir edilməlidir”.

E.Abbasov deyir ki, internet çəkdirən zaman evdəki istifadəçi sayı nəzərə alınmalıdır: “İnternet paketi çəkdirəndə, evdə nə qədər internet istifadəçisi olduğuna baxmaq lazımdır. İstifadəçi sayına uyğun internet paketi alınmalıdır. Bəzən evdə 3-5 nəfər yaşayır və onların hamısı internetdən eyni vaxtda istifadə edir, bu halda aşağı həcmli paket almısınızsa, internetdə problemlər yaranacaq”.

İT mütəxəssisi modem seçiminin də düzgün edilməsinin vacib olduğunu bildirdi: “Azərbaycanda təəssüf ki, ən keyfiyyətsiz modemlər istifadə olunur. Vətəndaşlar internet çəkdirərkən internetin paketi ilə yanaşı, modem seçimini də düzgün etməlidirlər”.

“Baktelecom” açıqlamasında irimiqyaslı infrastruktur layihələri həyata keçirildiyini, ötən illə müqayisədə şirkətin təklif etdiyi internetin sürətində artım olduğunu da bildirdi: “Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda əvvəlki aylarda olduğu kimi müsbət dinamika davam edir. “Ookla” şirkəti tərəfindən iyul ayında dərc edilən ən son hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə sürətin 20.91 Mbit/s-dən 29.14 Mbit/s-ə dəyişdiyi qeyd olunur“.

Nuray
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kiloqramı 32 manatdan göbələk teli alındı

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir?

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir?

Brend qurulmasında uğurlu metod: Orijinal yaşayırsınızsa...

Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək

İxtisar zamanı yada ilk düşən işçilər

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Böyük perspektivlər vəd edən sahə

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməlidir? - RƏSMİ

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin