Daha bir şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur
“Nyukond” MMC gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə protokol tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır.
485.1-ci maddədə fiziki şəxslərin 20 manatdan 50 manatadək, vəzifəli şəxslərin 70 manatdan 100 manatadək, hüquqi şəxslərin isə 250 manatdan 500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay