Gömrük
06.09.2023 / 19:42
“Avtohouse Azerbaijan” 1500 manat cərimələnə bilər
32481
“Avtohouse Azerbaijan” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay