Avtobuslar niyə tam olaraq kart sisteminə keçmir? (ŞƏRH)
Artıq bir neçə ildir ki, Bakı şəhəri üzrə i.ləyən marşurut avtobuslarının kart sisteminə keçidi həyata keçirilir. Amma hələ də bu proses tam başa çatmayıb. Bir sıra marşrutlarda ödənişlər hələ də köhnə sistemlə - nağd pulla həyata keçirilir.
Görəsən, niyə hələ də avtobusların hamısı kart sisteminə keçməyib?
Valyuta.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, Bakı Nəqliyyat Agentliyinin ləğvi fonunda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin timsalında digərinin işləri tam təhvil almaması həmin prosesi ləngidən başlıca səbəbdir:
“Azərbaycanda ictimai nəqliyyatda kart sisteminin tətbiqinə start veriləndə proses sürətlə getsə də, indi ləngimə halları müşahidə edilir. Prosesin yavaşıdılmasına isə Bakı Nəqliyyat Agentliyinin ləğv edilərək, onun Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi ilə bağlı olaraq təlim-təslim işlərinin getməsi öz təsirini göstərib. Digər tərəfdən, şirkətlər avtobuslara daimi nəzarət etmir. Bakı Nəqliyyat Agentliyi qısa müddətdə onlardan servis zəmanəti alsa da, vaxtında servis xidməti göstərə bilmirləe. Bəzən günlərlə sistem çökür və onu işlək vəziyyətə gətirmək çətinləşir. Avadanlıqların alınıb gətirilməsi, quraşdırılması, proqram təminatı vaxt aparan prosesdir. Avadanlığın özü də kifayət qədər çox vəsait tələb edir. Bunlarla əlaqədar olaraq bütün avtobusların kart sisteminə keçidinin başa çatması hələ müəyyən zaman alacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay