BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
32443

İnformasiya texnologiyaları üzrə mühəndis Araz Əhmədov xüsusi olaraq valyuta.az üçün yazır…

Texnologiyanın inkişaf etdiyi dövrdə sosial şəbəkə platformaları (“Telegram”, “WhatsApp”, “Viber”, “Signal” və s.) gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformalar bizə ətrafımızda, eləcə də çox-çox uzaqlarda olan insanlar ilə asanlıqla ünsiyyət qurmağa, fikirlərimizi paylaşmağa və ya ümumi sözlə ifadə etsək, əlaqə saxlamağa imkan verir. Bəzən belə bir sual da yarana bilir ki, görəsən, ən yaxşı ünsiyyət saxlama sosial (chat) platforması hansıdır?

Qeyd edim ki, ünsiyyət saxlama platformaları həddindən artıq çox olduğundan, bu məqaləm yalnız bir-birinə rəqib kimi görünən iki populyar sosial platformanın (“Telegram” və “WhatsApp”) təqdim etdiyi bəzi xüsusiyyətlərini, bu xüsusiyyətlərdən yaranan fərqləri və istifadə etdikləri təhlükəsizlik mexanizmlərini əhatə edir. Beləliklə:

“Telegram”

Xüsusi olaraq “MTProto” protokolunu isitfadə edən “Telegram” sosial platforması məxfilik və təhlükəsizliyə daha çox önəm verir. Belə ki, “Telegram” iki şifrələmə (client-server, server-client və end to end encryption) mexanizmini tətbiq edir. “Telegram” sosial platformasının bəzi xüsusiyyətləri:

* “Telegram” açıq mənbə (open source) kodlu sosial platformadır; (open source kodları ictimai (public) şəkildə paylaşılan proqramlara deyilir ki, hansı ki digər proqramçıların (developers) daima üzərində işlədiyi, modifikasiya etdiyi və təkmilləşdirdiyi kodlardır)

* “Telegram”da öz-özünə silinən mesajlar, söhbət taymeri və s. kimi funksiyaların mövcud olması;

* “Telegram”da yaradılan qrup təxminən 200.000 istifadəçinin bir qrupda yer almasını mümkün edə bilir;

* “Telegram” bulud tətbiqi olduğundan bütün məlumatları digər tərəf bulud və ya platformada (Google Drive, ICloud və s.) deyil, öz buludunda (cloud) saxlayır ki, bu zaman istifadəçinin mobil cihazı sıradan çıxarsa, heç bir nüsxə (backup) məlumatın (Google Drive, ICloud və s.) buluddan bərpa edilməsi prosesi tələbi olmadan, istər “web” platforma, istərsə də, digər cihaz vasitəsilə öz məlumatlarına əlçatanlığının təmin edilməsi mümkün ola bilir;

* “Telegram”da fayl (şəkil, video, sənəd və s.) paylaşımını təxminən 2 GB həcmli ölçüyə qədər həyata keçirmək olur və bu zaman göndərilən təsvirin keyfiyyəti aşağı deyil, orijinal vəziyyətdə olduğu kimi qalır. Həmçinin “Telegram”da cihaza yüklənən şəkil, video və s. faylların təyin edilən vaxt çərçivəsində avtomatik silinməsini təmin etmək mümkün olur;

* “Telegram”da kanal, bloq (səhifə) açılmasının mümkünlüyü - məsələn: xəbər kanalı, biznes-marketinq kanalı və s.

* “Sticker”lər baxımından “Telegram”ın zəngin olması;

* “BotEcosystem” funksiyasına əsaslanan müxtəlif “bot”ların mövcudluğu, bu “bot”lar vasitəsilə avtomatlaşdırmanın edilməsi, istənilən videonun “mp3” formatına çevrilməsi və ya istənilən oyunların oynanılması və s.

“WhatsApp”

Hazırda “Meta” şirkətinə məxsus olan, təhlükəsizliyə daha çox önəm verən və “Signal” protokolunu istifadə edən “WhatsApp” sosial platformasında bütün mesajlar və zənglər üçün başdan-başa (end to end encryption) şifrələmə mexanizmi mövcuddur. “WhatsApp” sosial platformasının təqdim etdiyi bəzi xüsusiyyətlər:

* “WhatsApp” açıq mənbə kodlu deyil, “freeware” sosial platformasıdır;
(freeware - pulsuz olan proqramlara deyilir və açıq mənbə kodlu sayılmır, yəni mənbə kodları ictimai şəkildə paylaşılmır ki, yalnız şirkətin proqramçıları (developers) tərəfindən modifikasiya edilə və təkmilləşdirilə bilir)
* “WhatsApp”da yoxa çıxan (disappearing) mesajlar funksiyasının mövcud olması;

* “WhatsApp”da yaradılan qrup 1024 istifadəçinin bir qrupda yer almasını mümkün edə bilir;

* “WhatsApp”da bütün yazışmalar “end to end” şifrələnir ki, bunun üçün seçimə uyğun olaraq sadəcə bu funksiyanı aktivləşdirmək lazımdır;

* “WhatsApp”da fayl (şəkil, video, sənəd və s.)  paylaşımı təxminən 100 MB-a qədər həyata keçirmək mümkün olur ki, bu zaman göndərilən təsvirin keyfiyyəti də aşağı olur;

* “WhatsApp”ın “Facebook” ilə inteqrasiya oluna bilməsi;

* “WhatsApp” məlumatların nüsxəsinin (data backup) buludda (Google Drive, ICloud) saxlanmasını təklif edir ki, bu zaman proqramın silinib yenidən yazılması zamanı həmin bulud platforması mövcud olmazsa, artıq həmin məlumatlara əl çatanlığın təmin edilməsi mümkünsüz olur;

Təhlükəsizlik mexanizmləri

Başdan-başa şifrələmə (End-to-End Encryption): Yuxarıda qeyd olunan və ya qeyd olunmayan bəzi sosial platformalar (WhatsApp, Telegram, Signal, Viber və s.) mesajların və zənglərin istifadəçilər tərəfindən təhlükəsiz şəkildə əlçatan olmasını təmin etmək üçün bu mexanizmi həyata keçirir;

Öz-özünə silinən mesajlar (Disappearing Messages): “Telegram”, “WhatsApp”, “Signal” və “Viber” mesajların müəyyən müddətdən sonra avtomatik silinməni həyata keçirmək üçün vaxt təyin etmə imkanını təklif edir;

İki Faktorlu Təsdiqləmə (2FA): Bütün sosial platformalar istifadəçi hesablarına əlavə təhlükəsizlik qatını əlavə etmək üçün “2FA” təsdiqləmə mexanizmii metodunu təklif edir;
Ekran Kilidləri: “Viber” kimi bəzi proqramlar istifadəçilərə proqrama daxil olmaq üçün “PIN” və ya barmaq izi (Fingerprint) tələb etməklə əlavə təhlükəsizlik metodu tətbiq etməyə imkan verir.

Uyğun sosial platforma seçimi

Sosial platformanın istifadə edilməsi seçimi fərdi üstünlüklərdən və prioritetlərdən asılıdır. Yuxarıda adları qeyd olunan bütün sosial platformalar öz təhlükəsizlik mexanizmlərinə görə eynilik və ya fərqlilik təşkil edə bilər. Ümumilikdə, hansının yaxşı, yaxud pis olması kimi fikirlərlə sosial platforma seçimi edərkən, istifadəçilər təhlükəsizlik, xüsusiyyətlər arasındakı fərqləri ölçə, öz şəxsi meyar, tələb, istək və dəyərlərə uyğun gələn sosial platformanı seçə bilərlər.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

“Azintelecom” mətbuat konfransı və kommersiya tədbiri təşkil etmək üçün 150 min ayırıb

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 29 % artırıb

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək

Yeni il tətilində necə əlavə pul qazanmaq olar? - 5 ÜSUL

İlon Mask: "Süni intellekt 2030-cu ilə qədər bütün insanların intellektini üstələyəcək"

"Lukoil"də benzinə su qatılır iddiası - QURUMDAN CAVAB

“Apple”da yenilik - Üztanıma ilə açılan qapılar

Bu məktəblərdə 4 yanvar dərs günü olacaq

ATİB-in İdarə Heyəti yenidən formalaşdırılıb

Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq

“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

Sabah hava necə olacaq?

Sosial şəbəkədə saxta iş elanları verən şəxs tutulub - VİDEO

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Tramp daha bir milyarderi vəzifəyə gətirir

Azərbaycanda ən çox muzdlu işçilər 30-34 yaş aralığındadır - Cədvəl

Azərbaycanda ən çox muzdlu işçilər 30-34 yaş aralığındadır - Cədvəl

TƏBİB sədri sertifikatsız fəaliyyət göstərən plastik cərrahlarla bağlı danışdı

Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin