BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
32437

“50K”, “100K”, “500k” və s. tipli rəqəmləri bir çox sosial şəbəkə profillərində görürük. Yəni bu profillərin 50, 100, 500 min və s. izləyicisi var. Səhifədəki paylaşıma gələn reaksiya sayı isə bir çoxunda 20-30-100 kimi olur. Sual yaranır ki, o qədər izləyici varsa, niyə bəyənmə azdır? Deməli, real deyil. Çünki paylaşımlarla izləyici artımına nail ola bilməyəndə, səhifə sahibləri bunun üçün asan üsullardan istifadə edirlər. Bəs o izləyici saylarının nə qədəri realdır? O izləyicilər necə və hansı qiymətə əldə edilir?

Rəqəmsal marketoloq Mirsəid Hüsülü valyuta.az-a açıqlamasında bildirdi ki, səhifələrin 80 faizdən çoxunda izləyici sayı real deyil: “500 min izlənmə olan səhifədə edilən paylaşımda bəyənmə sayı 1000-dirsə, deməli, 500 min izləyici real deyil. Həqiqi 500 min izləyicisi olan səhifənin paylaşımında minimum 20-25 min bəyənmə olmalıdır. 20 faizə gəlincə, onlar tanınmış sənətkarlar və şəxsiyyətlərdir. Onlarda izləyici sayı ən çox 100-300 min arasıdır. Onların böyük qismində real ola bilər”.

Sosial şəbəkə səhifələrində izləyicini saxta yolla artırmağın bir neçə yolu var. Onlardan ən məşhuru “panel”dir. Bütün sosial şəbəkə profillərində panel vurulması ilə izləyici sayını artırmaq mümkündür. Paneldə 10 min izləyici üçün qiymət 5-10 manat arasındadır. 1000 nəfər izləyici üçün isə 3 manat ödəməlisiniz. Əgər real 1000 izləyici istəyirsinizsə, 5 manat ödəməlisiniz. Mütəxəssislər bildirirlər ki, panellə edilirsə, real deyil, sadəcə müştərini cəlb etmək üçün istifadə edilən bir üsuldur.

“İnstagram”da izləyici sayını artırmaq üçün həm də “Giveaway”lərdən istifadə də geniş yayılıb. Onların qiymətləri ilə də maraqlandıq. “Giveaway”də ortalama 10 min izləyici üçün qiymət 50-100 azn arasında dəyişir.

H.Mirsəid panel vurulmasını məsləhət görmür: “Panel vurulması işini görənlər deyirlər ki, izləyicilərinizi, rəylərinizi artıracağıq. Səhifəsində çox izləmə olmasını istəyənlərə də bu təklif cəlbedici gəlir. Deyir ki, 300 izləyicim var, müəyyən bir məbləğlə izləyici sayımı 50-100 minə qaldıra bilərəm. Həmin şəxslər nəzərə almalıdırlar ki, 300 izləyicisi olan səhifənin bir gündə izləyici sayı 10-20 minə çatırsa, bu səhifə dibə çökür. Bu zaman reklama çıxa bilmir, bloka düşür. Həmin səhifəni blokdan çıxarmaq üçün 1-8 həftə zaman lazımdır”.

Rəqəmsal marketoloq bildirdi ki, “düşməyən panel” adı altında vəd verilən izləyici sayı da real deyil: “Əsasən xarici saytlar, xüsusilə türk saytlarından birbaşa olaraq internet adresi çəkirlər və Azərbaycanda da panel vurulmasını həyata keçirirlər. Onların artırdığı izləyicilər müəyyən müddətdən sonra azalmağa başlayır. Panellə gələn izləyicilərin profilləri “İnstagram” robotu tərəfindən aşkarlandığı üçün sizin izləmənizdən çıxarılır və yenə izləyiciləriniz azalır”.

İnternetdə pulsuz panel xidməti təklif edən platformalar da var. H.Mirsəid bunların riskli olduğunu deyir: “Pulsuz panel vurulmasını təklif edən saytlar çoxdur. Onlar səhifəmizin izləyici sayını artırmaq üçün bizdən “İnstagram” hesabımızın adını və şifrəsini istəyirlər. Əgər biz ona bunları təqdim etsək, “İnstagram” hesabımıza yenidən giriş edə bilməyəcəyik. Əgər biz onlar vasitəsilə hansısa sosial şəbəkə üçün panel vururuqsa, sosial şəbəkə hesabımız avtomatik olaraq panel hovuzuna düşür və profilimiz gələcək qurbanlar üçün istifadə olunur. Bu yolla izləyici artırmağa getməyi qətiyyən tövsiyə etmirəm. Bu hesabı yenidən qaytarmaq üçün bəlkə də 3 ay müddət lazımdır. Bir qisim saytlar isə sadəcə “İnstagram” hesabının, yaxud paylaşımının linkindən istifadə etməklə bizə izləyici sayını artırmağı vəd edir. “İnstagram” alqoritmi bu cür fəaliyyətləri tapdığı an sizin profili spama salır və müddət verir. O müddət aralığında bəyənmə, rəy, yaxud mesaj yazma qadağası qoyur. Bəzən bunların hamısına, bəzən hansısa birinə məhdudiyyət qoyur”.

“Giveaway”lərə gəlincə, marketoloq bu üsulu da məsləhət görmür. Deyir ki, bu yarışlar da bizə real izləyici vermir: “İnsanların çoxunda saxta hesablar var, “Giveaway”lərə məhz o hesabla qoşulub yarışlarda müxtəlif səhifələri izləyirlər. Bütün bunlar “Giveaway”in aktivliyini artırır, ancaq səhifəniz üçün real izləyici olmur”.

H.Mirsəid qeyd etdi ki, saxta izləyicilərə xərclənilən pulu “META” və ya “Google ADS” reklamlarına ayırsalar, daha tez real müştəri və ya maraq dairəsinə sahib insanlara çata bilərlər.

Qarakişi Vəlizadə 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

“Azintelecom” mətbuat konfransı və kommersiya tədbiri təşkil etmək üçün 150 min ayırıb

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 29 % artırıb

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək

Yeni il tətilində necə əlavə pul qazanmaq olar? - 5 ÜSUL

İlon Mask: "Süni intellekt 2030-cu ilə qədər bütün insanların intellektini üstələyəcək"

"Lukoil"də benzinə su qatılır iddiası - QURUMDAN CAVAB

“Apple”da yenilik - Üztanıma ilə açılan qapılar

Bu məktəblərdə 4 yanvar dərs günü olacaq

ATİB-in İdarə Heyəti yenidən formalaşdırılıb

Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq

“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

Sabah hava necə olacaq?

Sosial şəbəkədə saxta iş elanları verən şəxs tutulub - VİDEO

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Tramp daha bir milyarderi vəzifəyə gətirir

Azərbaycanda ən çox muzdlu işçilər 30-34 yaş aralığındadır - Cədvəl

Azərbaycanda ən çox muzdlu işçilər 30-34 yaş aralığındadır - Cədvəl

TƏBİB sədri sertifikatsız fəaliyyət göstərən plastik cərrahlarla bağlı danışdı

Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin