“Özəlləşmə Beynəlxalq Bankda korrupsiya risklərini azaldacaq”
“Azərbaycan Beynəlxalq Bankının tam özəlləşdirilməsindən söhbət getmir. Onun səhmlərinin bir qismi özəlləşdirilməsi hazırda planda olan məsələdir”.
Bu sözləri Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinin yenidən gündəmə gəlməsi haqqında “Valyuta.az”a danışan iqtisadçı Rəşad Həsənov dedi.
R.Həsənov bildirdi ki, özəlləşmə ABB-də korrupsiya risklərini azaldacaq: “ABB-nin özəl investisiyaya cəlb olunması digər maraqlı tərəflərin yaranmasına gətirib çıxaracaq. Bildiyim qədərilə, burada beynəlxalq maliyyə qurumları da maraqlıdır. Bu, artıq idarəetmənin şəffaflaşması, kənar nəzarətin daha uğurlu təşkili, korporativ idarəetmənin dərinləşməsinə yol açacaq. Dolayısı ilə, burada başqa bir maraqlı tərəfin ortaya çıxması o deməkdir ki, həmin müəssisənin fəaliyyəti, gəlirləri, mənfəətində maraqlı olacaq, ası deməkdir, prosesin maliyyə axınları daha ciddi şəkildə izlənəcək. Özəl investorun prosesə girməsi artıq burada korrupsiya risklərini azaldacaq. Çünki əgər əmlak dövlətindirsə, burada korrupsiya riskləri yüksək olur. Özəl sektor maraqlıdır ki, müəssisə gəlir götürsün, müəssisənin vəsaitləri yeyilməsin. Dolayısı ilə müəssisənin fəaliyyətinin, mühasibatlığın, uçotun təkmilləşdirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı imkanlar formalaşacaq”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay