Sosial
02.09.2023 / 16:08
Qənirə Paşayeva Prezident təqaüdünün yalnız AYB üzvlərinə verilməsinə münasibət bildirdi
32303
"Əgər müəlliflər - yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud elə Parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər".
Bunu APA-nın "Niyə Prezident təqaüdü yalnız Azərbaycan Yazıçılar Birliyinə üzv müəlliflərə verilir?" sualına cavab olaraq, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat qeyd edib ki, parlament və parlamentin Mədəniyyət Komitəsi hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdır: "Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş verə bilər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay