Avto
01.09.2023 / 23:23
BYD yeni böyük krossoverin satışına başladı
32284
Çinin avtomobil istehsalçısı BYD Çində yenilənmiş 7 oturacaqlı "Tang EV" krossoverini nümayiş etdirib.
Valyuta.az xəbər verir ki, bu barədə carnewschina.com xəbər verir.
Avtomobilin uzunluğu 4900 mm, təkər bazası isə 2820 mm-dir ki, bu da sərnişinlər və yüklər üçün geniş yer təmin edir. Krossoverdə sürücü də daxil olmaqla 7 nəfər yerləşə bilər. Versiyadan asılı olaraq avtomobilin çəkisi 2,36-2,56 ton arasında dəyişir.
Avtomobil 225, 241 və 510 at gücünə malik elektrik stansiyaları ilə təchiz edilib. Güc ehtiyatı - müvafiq olaraq 600 km, 730 km və 635 km-dir.
BYD "Tang EV"nin Çində satışı artıq başlayıb. Ən ucuz versiyanın qiyməti 249 800 yuan təşkil edəcək. Top modifikasiya 299 800 yuana başa gələcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay