Səhiyyə
01.09.2023 / 22:28
Nazirlik yeni yaranan şirkətdən 57 minlik mebel alır
32270
Səhiyyə Nazirliyi 57 725,6 AZN dəyərində ofis mebelləri alır.
Valyuta.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tender yekunlaşıb. Tenderin qalibi “QAFQAZ VVOOD” MMC seçilib.
“QAFQAZ VVOOD” MMC 18 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Nadirxanov Əli Rüfət oğludur.
Göründüyü kimi şirkət 4 aydır yaranıb. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması şərtdir.
4 ayın şirkətinin bu kriteriyaralara cavab verəcəyi inandırıcı görünmür.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay