BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
32102

Bu gün texnologiyanın inkişafı ilə bir sıra sistemlər futbola da inteqrasiya olunur. 

Valyuta.az xəbər verir ki, onlardan biri də yarımavtomatik ofsayd sistemidir. Sistem ilk dəfə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında istifadə olunub. Bundan əlavə UEFA Çempionlar Liqası matçlarında da texnologiyanın xidmətindən yararlanırlar. Bəs hər kəsin diqqətini çəkən bu sistemin arxasında hansı texnologiyalar durur? Yazıda sözügedən sistemin təfərrüatlarınından bəhs olunur. 

Hazırda futbolsevərlər futbolda istifadə olunan VAR sistemi haqqında bir çox məlumatlara malikdir. VAR operatoru kameradakı görüntüyə əsasən ofsayd xəttini əl ilə çəkir və buna uyğun olaraq hansı oyunçunun ofsaydda qaldığı müəyyənləşir. Yarımavtomatik ofsayd texnologiyası isə hərəkət izləmə kameraları, sensorlar və süni intellekt texnologiyaları sayəsində futbolçuların bədən üzvləri də daxil olmaqla, bütün bədən quruluşunu kəskin şəkildə müəyyənləşdirərək buna uyğun qərarlar verir. Bu texnologiya hakimlərə daha sürətli və dəqiq ofsayd qərarları qəbul etməyə yardımçı olur. Yarımavtomatik ofsayd sistemindəki kameralar oyunçunun bədənini və topu müəyyənləşdirir. 

Bəs ofsayd texnologiyası necə işləyir? Yeni texnologiyada topa nəzarət üçün stadionda quraşdırılmış 12 xüsusi izləmə kamerası və hər bir futbolçunun meydançadakı dəqiq mövqeyini saniyədə 50 dəfə hesablayan 29-a qədər məlumat nöqtəsindən istifadə edilir. Bu məlumat nöqtələrinə ofsayd qərarlarının qəbulunda iştirak edən bütün bədən üzvləri və onların parametrləri daxildir. Qətərdə keçirilən dünya çempionatının rəsmi topu “Al Rihla”nın  içərisinə yerləşdirilmiş ətalət ölçmə vahidi (IMU) sensoru ilə sıx ofsayd hadisələrinin aşkarlanması yolunda daha uğurlu adım atıldı. Topun mərkəzində yerləşən bu sensor saniyədə 500 dəfə top məlumatlarını video mərkəzə göndərərək, zərbə nöqtəsini çox dəqiqliklə müəyyən etməyə imkan verirdi. Əza və top izləmə məlumatlarını birləşdirən, süni intellektlə təchiz edilən yeni texnologiya, ofsayd vəziyyətində olan futbolçu barədə video əməliyyat otağında matçı izləyən hakimlərə xəbərdarlıq edir. Matçın baş hakiminə məlumat ötürülməzdən əvvəl, VAR hakimləri oyunçuların ayaqlarının mövqeləri əsasında avtomatik seçilmiş vuruş nöqtəsini və kompüter tərəfindən yaradılan ofsayd xəttini əl ilə yoxlayır. Qərar hakim tərəfindən təsdiqləndikdən sonra, istifadə olunan eyni məkan məlumat nöqtələri topun oynanıldığı vaxt futbolçuların bədən üzvlərinin vəziyyətini mükəmməl şəkildə təfərrüatlandıran 3D animasiyaya çevirir. Ofsayd vəziyyətinə qarşı hər zaman mümkün olan ən yaxşı perspektivləri göstərən 3D animasiya daha sonra stadiondakı nəhəng ekranlarda nümayiş etdirilərək bütün tamaşaçıları aydın şəkildə məlumatlandırır.

Sınaqları 2019-cu ildə başlayan sistemin tətbiqi, koronavirusun yayılması səbəbindən bir neçə il gecikdi. Bununla belə FIFA yarımavtomatik ofsayd sistemini 2021-ci ildə Ərəb Kuboku və Klublararası Dünya Çempionatında sınaqdan keçirib. Bu matçlar zamanı yeni texnologiya VAR hakimlərinə ofsaydla bağlı daha az vaxt ərzində dəqiq qərarlar çıxarmaqda kömək edib. 

Dünyada VAR-ın ofsayd yoxlaması orta hesabla 70 saniyə çəkir. Düzgün vuruş nöqtəsini seçmək və əllə xətt çəkmək əvəzinə, VAR hakimləri yarımavtomatik ofsayd texnologiyasından yararlanaraq vəziyyəti cəmi bir neçə saniyə ərzində həll edə bilər. Bununla belə, mürəkkəb və ya eyni vaxtda baş verən çoxsaylı hadisələr vəziyyətin daha hərtərəfli araşdırılmasını tələb edə bilər. Videoqraflar sistem tərəfindən təklif olunan ofsayd xəttini qəbul etmirlərsə, onlar vuruş nöqtəsini əl ilə seçə və ofsayd xəttini çəkmək üçün mövcud vasitələrdən yararlana bilərlər. 

Üçillik sınaq mərhələsində toplanmış test nəticələrinə əsasən, bu, hazırda VAR hakimləri üçün mövcud olan ən dəqiq ofsayd aşkarlama sistemidir. Bundan əlavə, sistem xüsusilə çiyin və ya qolun yuxarı hissəsinin hansı mövqedə olduğunu müəyyənləşdirərək ofsayd xətlərinin yerləşdirilməsində ardıcıllığı təmin edir.

Ofsayd qərarının iki kadr arasında fərqli olduğu çox incə vəziyyətlərdə, VAR hakimləri ilk toxunuşu kimin etdiyini müəyyənləşdirmək üçün topun içindəki sensordan alınan ətalət ölçmə vahidi məlumatlarından yararlanır. Daha sonra ofsaydı müəyyənləşdirir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin