Bakı küçələrində sürət həddinin endirilməsi effekt verəcəkmi? - Polkovnikin şərhi
Son zamanlar paytaxt küçələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə sürət həddinin aşağı salınması tendensiyası geniş vüsət alıb. Belə ki, bu gündən etibarən daha bir küçədə¸Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Görəsən, paytaxt küçələrində avtomobillər üçün sürət həddinin aşağı endirilməsi nə dərəcədə effektivdir?
Valyuta.az-a açıqlama verən sabiq polis polkovniki Mahmud Hacıyevin fikrincə, sürət həddinin aşağı salınması doğru yanaşmadır:
“Sürət həddinin artmasının ən azından Bakının mərkəzi hissələrində yol-nəqliyyat hadisələrinin azalmasında müsbət əhəmiyyəti özünü göstərməkdədir. Düzdür, gur saatlarda tıxac səbəbindən onsuz da sürət həddini artırmaq mümkün olmur. Amma səhər tezdən və gecə saatlarında küçələrin boş olmasından istifadə edərək bəzi sürücülər həddən artıq sürətlə sürürlər. Ona görə də sürət həddinin aşağı salınması müsbət hadisədir. Oun nəticəsidir ki, ağır fəsadlarla nəticələnən yol nəqliyyat hadisələri mərkəzi küçələrdə deyil, əsasən sürət həddi yüksək olan kənar küçələrdə baş verir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay