Korpusun rəngini dəyişə bilən qeyri-adi smartfon təqdim olundu (FOTO)
"Vivo" əyri ekranları və qeyri-adi dizaynı sevənlər üçün yeni orta səviyyəli "V29e" smartfonunu elan edib.
Valyuta.az xəbər verir ki, onun əsas dizayn xüsusiyyəti arxa qapağın rəngini dəyişən şüşəsidir.
Cihaz iki rəngdə təklif olunur - mavi və tünd qırmızı. İkinci seçim UV radiasiyasının təsiri altında rəngini qırmızıdan qaraya dəyişən xüsusi arxa panellə təchiz edilib.
Xüsusiyyətləri:
6,78 düymlük AMOLED ekran, FHD+, 120 Hz;
Qualcomm Snapdragon 695 prosessoru;
8 GB RAM və 128/256 GB yaddaş;
5000 mAh tutumlu batareya və 44 Vt doldurma;
50 MP ön kamera, OIS ilə 64 MP əsas kamera.
Bundan əlavə, cihazda Wi-Fi 2.4/5 GHz, "Bluetooth 5.1", GPS, microSD kart yuvası var. Qutudan kənarda "Funtouch OS" dərisi ilə "Android 1"də işləyir.
Hələlik smartfonu yalnız Hindistanda almaq olar. Daha sonra Avropa da satışa çıxacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay