Yeni "Beijing BJ40"ın satış tarixi açıqlandı (FOTOLAR)
BAIC şirkəti Çinin Çenqdu avtosalonunda yeni nəsil "Beijing BJ40" yolsuzluq avtomobilini nümayiş etdirib.
Valyuta.az xəbər verir ki, bu barədə autohome.com.cn məlumat yayıb.
Yeni avomobilin satışı 2023-cü ilin noyabrında başlayacaq.
Avtomobilin uzunluğu 4790 mm, təkər bazası 2760 mm-dir. Ölçüləri baxımından avtomobil sələfindən bir qədər geniş və hündürdür. Salonda sərnişin üçün ayrıca displey də daxil olmaqla, ön paneldə üç ekran quraşdırılıb. Mərkəzi tuneldə yuyucu və ötürməni idarə etmək üçün açarlar var. Kondisioner fiziki düymələrlə işləyir. Avtomobilə ətraf görünüş sistemi, iki zonalı klimat-kontrol və havalandırılan oturacaqlar daxildir.
"Beijing BJ40" iki litrlik 234 at gücündə turbo mühərrik, səkkiz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə təmin olunub. 0-dan 100 km/saata qədər sürəti 10 saniyəyə yığa biləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay