Rusiyanın Qara dəniz limanlarında işləyən gəmilərin sığorta qiyməti bahalaşıb - "Reuters"
Sığorta şirkətləri Rusiyanın Qara dəniz limanlarında fəaliyyət göstərən gəmilərin kirayəçilərini “münaqişə riski mükafatları” kimi tanınan əlavə ödənişlərin artırılması barədə məlumatlandırıblar.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Keçən il Rusiyanın Ukraynaya hücumu başlayandan sonra tankerlərin sığortasının ümumi dəyərinə müharibə zonasında fəaliyyət göstərmə riskinə görə mükafat şəklində xüsusi haqq əlavə edilib.
Rusiya və Ukraynanın Qara dəniz limanlarının sularında hərbi əməliyyatlar iyulun ortalarında Rusiyanın Ukraynadan taxıl ixracına dair razılaşmanı pozmasından sonra artıb.
Bu yaxınlarda Rusiya Qara dəniz limanlarına bir neçə hücum barədə məlumat verilib. Hazırda hücumlar Rusiyanın Qara dəniz limanlarından neftin yüklənməsinə təsir etməyib, lakin risklər artıb.
Qeyd olunur ki, döyüş bölgəsində işləmək riskinə görə mükafat yükün dəyəri təxminən 1%-dən təxminən 1,20-1,25%-ə qədər artırılıb. Belə artım o deməkdir ki, hər sığortalama təxminən 200 min dollara başa gələcək. Artım o deməkdir ki, onun ümumi məbləği 1 milyon dollara yaxın olacaq.
Treyderlər əlavə edib ki, artım əsasən Rusiya nefti və məhsulları daşıyan yüklərə aiddir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay