BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
31817

Son günlər Azərbaycanda sümüklü mal ətinin 1 kiloqramının qiyməti 15-16 manata çatıb.

Halbuki, ilin əvvəlində 11-12 manata sümüklü mal əti almaq olurdu.

Bahalaşmaya müxtəlif səbəblər, o cümlədən Rusiya və Ukraynadan ət idxalının kəskin azalması göstərilir. Bəs Azərbaycanda mal ətinin qiyməti hansı həddə qədər arta bilər? "Report" mövzunu "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynovla müzakirə edib.

Onun sözlərinə görə, ətin bahalaşmasının kökündə təkcə Rusiya-Ukrayna müharibəsi dayanmır və qiyməti artımına rəvac verən xeyli sayda amil var.

"1-ci səbəb odur ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə pambıq əkinini stumullaşdıran siyasət yürüdür. Son nəticədə heyvandarlıq üçün vacib örüş yerləri (otlaqlar) pambıq əkini sahələrinə çevrilir. Yəni, insanlar mal-qara saxlamaqdan imtina edir və pambıq əkininə keçirlər. Bu da heyvanların sayını azaldır, təbii olaraq qiymət artımına səbəb olur.

2-ci səbəb odur ki, son 3 ildə heyvan yemləri təxminən 80 % bahalaşıb. Bu da ətin qiymətinə təsirini göstərir.

3-cü səbəb odur ki, fərdi təsərrüfatlarda yetişdirilən heyvanların bazara çıxarılıb satılması demək olar ki, mümkün deyil. Bazarda söz sahibi alverçilərdir. Onların ət biznesi ilə sıx əlaqələri var və heyvan sahiblərinə malı birbaşa satmağa imkan vermirlər. Özü də alverçilər demək olar ki, qeyri-qanuni fəaliyyət göstərir, vergi ödəmir, özlərinə sərf edən qiyməti ətin üzərinə qoyur və bununla da bahalaşmaya stimul verir.

4-cü səbəb odur ki heyvandarlıq sektoru getdikcə meqafermaların əlində cəmləşir. Onların yem və su resurslarına əlçatanlığı yüksək səviyyədədir, bu resursları elə mənimsəyiblər ki, fərdi təsərrüfatları asanlıqla sıxışdıra, kartel sövdələşmələrinə gedə və bazarda qiymətləri diktə edə bilirlər", - deyə E.Hüseynov qeyd edib.

Bundan başqa, ekspert deyir ki, turizm mövsümü ilə əlaqədar Azərbaycanın regionlarında ətə tələbat artıb, odur ki, məhsul Bakıya gəlib-çatanda qiyməti istər-istəməz yüksək olur: "Kənd təsərrüfatı mütəxəssisləri qeyd edirlər ki, ətə tələbat sabitdir, dəyişməyib. Onların regionlardakı istirahət mərkəzlərindən heç xəbərləri yoxdur. Mən dünən Şimal zonasından gəlmişəm, gələn həftə Cənub zonasına gedəcəyəm. Regionlarda istirahət mərkəzlərində kifayət qədər yerli və xarici turist var. Hər yerdə tələb təklifi üstələyir. Son nəticədə xeyli sayda heyvan kəsimi baş verir. Bu da göstərir ki, ətə böyük tələbat var və əlbəttə ki, qiymətin artmasına gətirib-çıxarır. Mənim proqnozum budur ki, yaxın aylarda qiymət aşağı düşməyəcək".

E.Hüseynovun fikrincə, ət bazarında ucuzlaşmaya nail olmaq üçün Qida Təhlükəsizliyi Agentliyi öz siyasətini dəyişməlidir: "Əslində mal əti 20 növə bölünməlidir, heyvanın müxtəlif yerləri müxtəlif qiymətlərə satılmalıdır. Lakin Azərbaycanda yuvarlaqlaşdırıb istehlakçıya sərf etməyən qiymətə satırlar. Bu sahədə dəyişiklik olmasa qiymət arta-arta gedəcək və nə vaxtsa ətin kiloqramını 20 manata belə almağa məcbur olacağıq. Buna heç kəs təsir edə bilməz. Çünki bazar tələb və təklif nəticəsində formalaşır. Qida Təhlükəsizliyi Agentliyinin mərkəzləşdirilmiş ət kəsimi məntəqələrində xidmət haqları yüksəkdir. Qəssablar bundan narazılıq edir. Düşünürəm ki, rüsumlar aşağı salınmalıdır. Çünki onlar da qiymətin üzərinə əlavə olunur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin