Çin ABŞ şirkətini 1,5 milyon dollar cərimələdi
Çin tənzimləyicisi Amerika audit şirkəti "Mintz"i müvafiq icazə olmadan statistik məlumat toplamaqda ittiham edərək, 1,5 milyon dollar cərimələyib.
Valyuta.az xəbər verir ki, bu barədə dünən, avqustun 21-də Pekin Bələdiyyə Statistika Bürosunun iyulun 5-də müvafiq açıqlamasına əsaslanan "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Açıqlamada "Mintz"in Çin hakimiyyətinin icazəsi olmadan xarici ölkələrlə bağlı statistik araşdırmalar və auditlər apardığı və bunun yerli qanunları pozduğu bildirilib.
Rəhbərliyin sözlərinə görə, şirkət 2019-cu ilin martından 2022-ci ilin iyuluna qədər 37 layihə üzrə belə araşdırmalar aparıb. Təfərrüatlar açıqlanmayıb.
Mart ayında Çin polisi şirkətin Pekin ofisinə basqın edib və "Mintz"in beş əməkdaşını saxlayıb. Daha sonra axtarışlar digər audit şirkətlərində - "Bain" və "Capvision"da aparılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay