BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
31769

Rusiya-Ukrayna müharibəsi dövründə bahalaşan taxıl qiymətləri “Taxıl saziş”inin ardından ucuzlaşmağa başlamışdı. Lakin Rusiyanın sazişdən ayrılması qlobal bazarda taxıl qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Eləcə də, Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl məhsullarına ixrac rüsumunu avqustun 23-dən 29-dək bir ton üzrə 3712,8 rubldan 4269,9 rubla qədər artıracağı ilə bağlı qərarını açıqlayıb.

Bəs mövcud şərait Azərbaycanın taxıl bazarına, un və çörək istehsalına necə təsir edə bilər?

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, iyun ayının sonuna qədər son 12 ayda dünya taxıl bazarında xüsusən buğda qiymətləri 30%-dən çox ucuzlaşmışdı: “Bu, Azərbaycan bazarında da hiss olunurdu. Çörəyin qiyməti bir neçə dəfə 5 qəpik dəyərində olsa da, enmişdi. Lakin iyul ayından etibarən proseslər tərsinə getməyə başladı. Bunun səbəbi Rusiyanın taxıl dəhlizi təşəbbüslərindən çıxması, Qara dəniz üzərindən Ukrayna buğdasının gəmilərlə dünya bazarına çıxışının məhdudlaşması oldu. Nəticədə iyul ayından dünya bazarında buğda qiymətləri 1,6% bahalaşdı. İndi də Rusiyanın buğda ixracı ilə bağlı rüsumları artırması qiymət artımını davam etdirəcək. Avqust ayında proseslərin necə yekunlaşacağı isə ay sonuna qədər məlum deyil”.

Ekspertin sözlərinə görə, un istehsalçıları qiymət dəyişimlərini dərhal bazara tətbiq etmirlər: “Çünki burada əvvəlki kontrakt qiymətləri ilə ödənişlər, yolda olan mallar, anbar qalıqları və s. kimi amillər mövcuddur. Yeni alınmış bahalı məhsulların anbarlara çatması bir qədər zaman alır. Buna görə də, un istehsalçıları hələ də ucuz buğda qiymətləri ilə işləyirlər. İyul ayındakı 1,6%-lik qiymət artımının da qiymətlərə təsir edəcəyini düşünmürəm. İyulda bahalaşma qeydə alınmasaydı, biz un qiymətlərinin tədricən azaldığını müşahidə edəcəkdik. Lakin indiki şəraitdə ucuzlaşma dayanacaq. Baş verən hadisələr fonunda qiymət atımının olub-olmayacağını avqust-sentyabr aylarındakı qiymət dəyişikliyi əsasında proqnozlaşdırmaq olar. Bir aylıq dəyişim uzunmüddətli fikirlər söyləmək üçün yetərli deyil”.

X. Kərimlinin fikrincə, dünya bazarında buğda ilə əlaqədar dayanıqlı qiymət artımı davam edərsə, Azərbaycanda da un və çörək istehsalında qiymət artımı gözlənilə bilər:

“Növbəti 2-3 ay ərzində çörək qiymətlərində artım gözləmirəm. Bunun üçün yüksək qiymətlər davamlı olmalıdır. Həmçinin burada müharibədən öncə baş verən vahimə yoxdur. Rusiyada məhsuldarlıq yüksək olub, ABŞ-da buğda yığımı artıb. Bu baxımdan Ukrayna müharibəsi ərəfəsində olan ciddi ajiotaj və qiymət artımları olmayacaq. Həmin dövrdə Ukraynanın tamamilə bazardan çıxacağı ilə bağlı qorxu vardı. Bu baxımdan qiymət artımı olsa da, sürətli olmayacaq”, - deyə ekspert əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin