San-Fransiskoda robot taksilərin sayı azaldılır (SƏBƏB)
ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində robot taksilərin ardıcıl qəzalara düşməsindən sonra Dövlət Avtomobil Nəqliyyatı Departamentinin tələbi ilə onların sayının iki dəfə azaldılacağı qeyd edilib.
Valyuta.az xəbər verir ki, gündüz 50-dən, gecə isə 150-dən çox robot taksi avtomobil işləməyəcək. “General Motors”un “Cruise” avtonom avtomobilləri bölməsinin rəsmiləri şəhərdə baş vermiş son iki qəzanı araşdırarkən San-Fransiskoda robot taksilərinin sayının yarıbayarı azaldılmasına qərar verib. Avtomobilləri istehsal edən “Crusie” şirkəti də 50 faiz azalma ilə razılaşıb.
Cümə axşamı saat 22 radələrində sözügedən robot taksilərdən biri işıqforun qırmızı işığından keçərək, yol ayrıcına daxil olub və yanğınsöndürənlərə çırpılıb. Qəzadan sonra “Cruise” şirkətindən verilən açıqlamada, həmin vaxt avtomobildə olan sərnişin təcili yardımla xəstəxanaya aparılıb və ciddi xəsarətləri olmadığı bildirilib.
Şirkətin açıqlamasında, “Cruise” avtomobillərinin təkcə bu ilin ilk yeddi ayı ərzində şəhərdə üç milyon kilometrdən çox yol qət etdiyi və təcili yardım maşınları ilə 168 min dəfədən çox qarşılıqlı əlaqədə olduğu bildirilib. Şirkət qəzanın yenidən baş vermə ehtimalını azaltmaq üçün tənzimləyicilər və şəhər departamentləri ilə işləyəcək. Robot taksilərin sayının artırılmasına dair təsdiqdən bir gün sonra internet bağlantısı kəsilən 10 taksi tıxaclara səbəb olmuşdu.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay