ABŞ-da anomal istilər soyanın kəskin bahalaşmasına səbəb olub
Çikaqo əmtəə birjasında soya qiymətləri iyulun 28-dən bəri ən yüksək səviyyəyə qalxıb.
HİT.az xəbər verir ki, ticarət məlumatlarına görə, soyanın qiyməti 2%-dən çox artaraq, 1 buşel üçün 13,82 dollara çatıb. Bunu Çikaqo Ticarət Birjasında (CME) ticarət məlumatları sübut edir.
Qiymətlərin qalxması bu həftə ABŞ-da əsas soya istehsalçısı ştatlarını bürümüş anomal istilərlə əlaqədardır. "Bloomberg" xəbər verir ki, ölkədə soya məhsulunun əhəmiyyətli hissəsinin yetişdirildiyi Ayova, İllinoys və Nebraska ştatlarında təhlükəli yüksək temperatur xəbərdarlığı edilib.
Yaxın günlərdə həm gündəlik, həm də aylıq temperatur rekordlarının qırılacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə isti dalğası hazırda yetişmənin mühüm mərhələsində olan soya paxlasının məhsuluna mənfi təsir göstərə bilər.
Yaxın günlərdə analitiklər və fermerlər illik tarla turunun bir hissəsi olaraq məhsuldarlığı və isti dalğalarından yarana biləcək zərərləri qiymətləndirəcəklər. Nəşr qeyd edib ki, soya və digər ABŞ məhsullarının qiymətlərinin gələcək dinamikası bundan asılı olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay