BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
31738

İnformasiya texnologiyaları üzrə mühəndis Araz Əhmədov xüsusi olaraq valyuta.az üçün yazır…

Mobil cihaz tətbiqləri (applications/apps) müasir həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Tətbiqlər işlərimizi rahat şəkildə yerinə yetirməyimizə şərait yaradır. Əvvəllər brauzer üzərindən gördüyümüz bütün veb-saytların çoxunun mobil tətbiqi mövcuddur ki, bu da artıq ehtiyac olmadıqda veb-saytlara müraciət etməmək, bütün işlərin mərkəzdən görülməsini təmin etmək və mobil tətbiq yükləməsini həyata keçirmək üçün bizə zəmin yaradır. Bununla yanaşı, həmin tətbiqlərin geniş şəkildə istifadəsi təhlükəsizlik məsələləri tipli narahatlıqları əsas müzakirə obyektinə çevirməyə bilməz.

Tətbiqlərin mobil cihazdakı yaddaşa təsiri

Mobil tətbiqlərin mobil cihazda tutduğu yaddaş həcmi proqramın mürəkkəbliyindən, xüsusiyyətlərindən və məzmunundan asılı olaraq geniş şəkildə dəyişə bilər. Yəni bəzi mobil (iqtisadi) tətbiqlər nisbətən kiçik, bəzi mobil (sosial, ictimai və s.) tətbiqlər isə böyük yaddaş tuta bilər. Yəni tətbiq yükləyərkən cihazımızın yaddaş həcmini nəzərə almalıyıq ki, donma, telefonun işində ləngimələr olmasın.

Ümumiyyətlə, mobil cihazda ən böyük yaddaş sahəsini məhz əyləncə tipli qrafiki intensiv oyunlar tutur. Bu oyunların həcmi bir neçə “GB” tələb edə bilər. Buna görə, yaddaş həcminin tükənməsinin qarşısını almaq üçün mütəmadi olaraq mobil cihazın yaddaşına nəzarət edilməlidir.

İstifadə olunmayacaq tətbiqlərlə mobil cihazın yaddaşını doldurmaq lazım deyil. Bundan əlavə, yaddaşa nəzarətin təmin edilməsi zamanı bəzən tətbiqlər üz pəncərədən bağlansa da, lakin həmin tətbiqlər bəzən gözə görünməyən arxa fonda (background) müvəqqəti yaddaş həcminin üzərində (RAM) fəaliyyət göstərir ki, bu zaman mobil cihazın fiziki resurslarının tükənməsi də mobil cihazın donmasına, yüklü şəkildə işləməsinə gətirib çıxarır. Buna görə istifadə olunmayan proqramların mobil cihazda saxlanılması yaddaş həcmini tükəndirir ki, bu tipli proqramların mobil cihazdan xaric edilməsi daha da məqsədə uyğundur. 

Tətbiqlərə mobil cihazımıza daxil olmaq icazəsi verək?

Mobil tətbiqi mobil cihazda quraşdırarkən o, tez-tez kamera, mikrofon, məkan, kontaktlar və s. kimi xüsusi cihaz funksiyalarına daxil olmaq üçün müxtəlif icazələr tələb edir. İstifadəçilərin bu tipli icazələrə təsdiq vermək və ya rədd etmək seçimi var. Bu zaman mobil tətbiqin funksionallığını və tələb olunan icazələrin həmin funksionallıqla uyğun olub-olmadığını nəzərə almaq vacibdir. Bəzən bu icazələr zəruri ola, zəruri olmaya və ya həddindən artıq zəruri ola bilər:

Zəruri icazələr: Bəzi icazələr proqramın əsas funksionallığı üçün vacibdir. Məsələn, naviqasiya proqramı dəqiq istiqamətləri təmin etmək üçün məkanınızdan (location) istifadə etməlidir;
Həddindən artıq icazələr: Tətbiq əsas məqsədi ilə əlaqəsi olmayan icazələr tələb etdikdə ehtiyatlı olun. Məsələn, fənər proqramı kontaktlarınıza giriş tələb edirsə, onun niyyətlərini şübhə altına almaq məqsədəuyğundur. Yəni mobil tətbiqlər aidiyyatı üzrə icazələr tələb edirsə, bu icazələri mütləq şəkildə analiz etmək, icazə vermək və ya verməmək tipli seçimlərə xüsusi diqqət yetirmək lazımdır;

İcazələrin idarə edilməsi: Əksər mobil cihazlarda proqram icazələrini parametrlər vasitəsilə idarə edə bilərsiniz. Lazım olduqda icazələri nəzərdən keçirin və dəyişdirin, lakin nəzərə alın ki, müəyyən icazələrin rədd edilməsi tətbiqin xüsusiyyətlərini məhdudlaşdıra bilər.

Təhlükəsizlik məsələləri

Zərərli proqram və viruslar: Zərərli proqramlar həm şəxsi məlumatlara, həm də mobil cihazın ümumi təhlükəsizliyinə təhlükə yarada bilər. Zərərli proqram təminatı ilə qarşılaşma riskini minimuma endirmək üçün istifadəçilər yalnız rəsmi proqram mağazaları kimi etibarlı mənbələrdən proqramlar yükləməlidirlər;

Məlumatların məxfiliyi: Bəzi proqramlar istifadəçi razılığı olmadan şəxsi məlumatları toplaya bilər və bu da məxfiliklə bağlı narahatlıqlara səbəb ola bilər. Quraşdırmadan əvvəl tətbiqin məxfilik siyasətini oxumaq və tətbiq icazələrini idarə etmək bu riski minimum endirməyə kömək edə bilər.

Fişinq: Şpion tipli proqramlar istifadəçiləri aldadaraq həssas məlumatları aşkar etməyə cəhd edə bilərlər ki, istifadəçilər həddindən artıq icazə tələb edən və ya şübhəli davranış nümayiş etdirən həmin proqramlardan ehtiyatlı olmalıdırlar. Yəni, şübhə ilə yanaşdığınız və rəsmi olmayan mənbələrdən yüklədiyiniz tətbiqlərə bütün icazələrin (əlaqə nömrələrin yer aldığı yaddaş kitabçasına, təsvir və videoların yer aldığı qalereyaya, məkana, mikrofon və video görüntüyə və s.) verilməsi məqsədəuyğun deyil;

Mobil cihaz tətbiqlərindən istifadə edərkən təhlükəsizliyi müəyyən dərəcədə təmin etmək üçün aşağıdakı tədbirləri nəzərdən keçirmək lazımdır:

Tətbiqləri etibarlı mənbələrdən yükləyin: “Apple App Store” və “Google Play Store” kimi rəsmi proqram mağazalarından istifadə edin. Çünki onlar tətbiqlərin təhlükəsizliyini yoxlayırlar, ciddi təhlükəsizlik tədbirləri görürlər;

Daimi yeniləmələr: Təhlükəsizlik yamaları (patch) ilə ən son versiyalardan istifadə etdiyinizə əmin olmaq üçün tətbiqlərinizi daim yeniləyin;

Tətbiq icazələri: Tətbiq icazələrini nəzərə alın və yalnız lazımi icazələri verin. Artıq müəyyən funksiyalara giriş tələb etməyən tətbiqlər üçün icazələri nəzərdən keçirin və ləğv edin;

Proqramların seçilməsi: Rəsmi və qeyri-rəsmi

Mobil cihazınız üçün proqramlar seçərkən rəsmi və qeyri-rəsmi mənbələri ayırd etmək çox vacibdir. Rəsmi proqramlar proqramın yaradıcısı tərəfindən işlənib hazırlanmış və paylanmış, nüfuzlu proqram mağazalarında mövcud olanlardır. Digər tərəfdən, qeyri-rəsmi proqramlar çox vaxt üçüncü tərəflər tərəfindən hazırlanır və eyni səviyyədə təhlükəsizlik yoxlamalarından keçməyə bilər ki, bu zaman bu məqamlara şübhə ilə yanaşmaq lazımdır.

Mobil tətbiqləri seçərkən bu addımları nəzərdən keçirin:

Rəyləri oxuyun və reytinqləri yoxlayın: Proqramı yükləməzdən əvvəl istifadəçi rəylərini oxuyun və proqram mağazasında reytinqləri yoxlayın. Bu, tətbiqin keyfiyyəti, təhlükəsizliyi və istifadəçi məmnuniyyəti haqqında məlumat verə bilər;

Tərtibatçı haqqında məlumat: Proqramın arxasındakı tərtibatçını araşdırın. Nüfuzlu tərtibatçıların (publisher) təhlükəsiz və etibarlı proqramlar istehsal etmək ehtimalı daha yüksəkdir;

Tətbiq mağazası mənbəsi: Zərərli proqramların endirilməsi riskini minimuma endirmək üçün rəsmi proqram mağazalarından istifadə edin. Üçüncü tərəf mənbələrindən və ya qeyri-rəsmi veb-saytlardan mobil tətbiq yükləməkdən çəkinin;

Son olaraq qeyd edim ki, mobil cihaz tətbiqlərini istəfadə edərkən istifadəçilər yaddaşın idarə edilməsini, təhlükəsizlik problemlərini, tətbiq icazələrini və proqramları yüklədikləri mənbələri nəzərə almalıdırlar. Ən yaxşı təcrübələri tətbiq etməklə və təhlükəsizlik tədbirlərinə əməl etməklə, istifadəçilər məxfilik və cihaz təhlükəsizliyi üçün potensial riskləri minimuma endirməklə yanaşı, tətbiqlərin üstünlüklərindən də istifadə edə bilərlər. Unutmayaq ki, məlumatlı və ehtiyatlı olmaq qüsursuz və təhlükəsiz tətbiq təcrübəsinin açarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda kafe və restoranlarının gəlirləri 400 milyon manata çatdı

Məşhur istirahət mərkəzi fantastik qiymətə satışa çıxarıldı

Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

Bu şəxslərin maaşı 1300 manatı ötdü - RƏSMİ

Kartında cəmi 36 manatı var idi, onu da oğurladılar

ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb

"Tarqovi"də yerləşən "coffeeshop" satışa çıxarılıb - QİYMƏT

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Liseylərə imtahanlarla bağlı qadağa aradan qaldırıldı

ABŞ Çinli tələbələrin vizalarını ləğv edəcək

İlon Mask Donald Tramp administrasiyasını tərk edir

Avro dəyər itirir - Günün məzənnəsi

"Apple" bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək

"Bitcoin"in qiyməti düşərkən, "Ethereum" irəliləyir

Zənginlər bu 7 maliyyə səhvini etmirlər - SƏHƏR OXUSU

Çin bu ölkələrə viza rejimini ləğv etdi

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Avropada yay istirahəti üçün 13 gözlənilməz məkan - SİYAHI

Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər -FOTO

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

Azərbaycan neft hasilatı ilə bağlı qərar verdi

Azərbaycan dünyada şaftalı ixracatında neçənci yerdədir? - SİYAHI

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Yeni araşdırma: Süni intellekt hansı peşələri əlimizdən ala bilər?

Bu Mərkəz 52 min manatlıq avtomobil alır

İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

Səudiyyə Ərəbistanı Premyer Liqasının ən bahalı 10 futbolçusu - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin