Dünya
21.08.2023 / 09:05
"The Economist" Almaniyanı Avropanın “xəstə adamı” adlandırdı
31720
"Almaniya iqtisadiyyatı dərin tənəzzül içindədir".
Valyuta.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı yazır.
Məqalə müəlliflərinin fikrincə, bürokratiya, köhnəlmiş biznes modelləri və bərbad infrastruktur ucbatından Almaniya iqtisadiyyatının perspektivləri qaranlıqdır:
“Bu gün Almaniya iqtisadiyyatı tənəzzülün və ya durğunluğun üçüncü rübünü təzəcə yaşayır və 2023-cü ildə daralacaq yeganə əsas iqtisadiyyat ola bilər. Problemlər təkcə burada və indi deyil. BVF-nin proqnozlarına görə, növbəti beş ildə Almaniya Amerika, İngiltərə, Fransa və İspaniyadan daha yavaş inkişaf edəcək".
Müəllif xatırladıb ki, təxminən 1/4 əsr əvvəl Almaniya Avropanın “xəstə adamı” adlanırdı və bu gün yenidən həmin statusu qazanıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay