"iPhone 16" yeni kamera ilə təchiz ediləcək
"Apple" "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" smartfonlarına əvvəlki premium modellərdə mövcud olmayan 48 meqapiksellik geniş bucaqlı obyektiv əlavə etməyi planlaşdırır.
Valyuta.az "MacRumors"a istinadən xəbər verir ki, bu barədə "Haitong International Securities" (HIS) şirkətinin nüfuzlu analitiki Ceff Pu bildirib.
“2024-cü il "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modelləri Wi-Fi 7 dəstəyi və təkmilləşdirilmiş 48 meqapiksellik ultra geniş kamera obyektivi əldə edəcək”, deyə Pu bildirib.
Onun sözlərinə görə, "Apple" ənənəvi olaraq 2024-cü ilin payızında gələcək smartfonları təqdim edəcək. Analitik aydınlaşdırıb ki, Pro-smartfonlar üç linza alacaq: 48, 48 və 12 meqapiksel təsvir ölçüsü.
Hazırkı flaqman "iPhone 14 Pro" və "iPhone 14 Pro Max" üçlü kamera ilə təchiz edilib: əsas obyektiv 48 meqapiksel, digər ikisi isə 12 meqapiksellik təsvir ölçüsünə malikdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay