Robot taksilər San Fransiskoda xaosa səbəb oldu
İnterneti kəsilmiş robot taksilər San-Fransiskonu çaşdırır
ABŞ-ın San-Fransisko şəhərində robot taksilərin sayının artırılmasına icazə verildikdən bir gün sonra internet bağlantısı kəsilən taksilər tıxaclara səbəb olub.
Valyuta.az xəbər verir ki, şəhərdə keçirilən bir konsertdən sonra “Cruise” şirkətinə məxsus çox sayda robot taksinin bölgəyə çağırılması tıxaclara səbəb olub. Bağlantı problemi nəticəsində nəqliyyatda hərəkətsiz qalan robot taksilər digər avtomobillərin hərəkətinə maneə yaradıb.
Şirkətin açıqlamasında, nəqliyyat vasitələrinin yaşadığı problemin cib telefonlarından verilən sifarişlərin çoxluğundan qaynaqlandığı və məsələnin həlli üçün çalışıldığı bildirilib. Hadisə şahidləri 10 robot taksinin iki dar küçədə ilişib qaldığını və bunun kəskin narazılığa səbəb olduğunu bildiriblər.
2023-cü ilin əvvəlindən San Fransiskoda robot avtomobillərin iştirakı ilə 55 qəza baş verib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay