Livan iki enerji şirkətinə olan valyutada borclarına görə işıqsız qaldı
Xarici valyutada borcunun ödənilməməsi səbəbindən iki istilik elektrik stansiyasının elektrik enerjisi verilməməsi dayandırması üzündən Livan işıqsız qalıb.
Valyuta.az bu barədə "Sky News"a istinadla xəbər verir.
Ölkənin şimalında Deyr Əmmar və cənubda Əl-Zəhranidə elektrik enerjisi kəsilib. Enerji şirkətinə olan borc təxminən 83 milyon dollardır. Bu məbləğdən Livanın Electricit du Liban dövlət şirkəti Primesouth istilik elektrik stansiyasının operatoruna cəmi 2 milyon dollar ödəyib.
Xəstəxanalar, dövlət qurumları və Beyrut Beynəlxalq Hava Limanı da daxil olmaqla elektrik enerjisiz qalıb. Bundan başqa, Livanın bölgələrinə içməli su vuran stansiyalar da fəaliyyətini dayandırıb. Ümumi gücü 550 MVt olan iki istilik elektrik stansiyası Livanı elektrik enerjisi ilə təmin edən yeganə mənbədir.
2022-ci ildə Beyrut yaxınlığındakı Aramun kəndində elektrik stansiyası ilə bağlı münaqişə səbəbindən enerji təchizatı artıq dayandırılmışdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay