Dünya
17.08.2023 / 12:23
Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsinin uzadılmasına getməyəcək - Nazirlik
31600
Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsinin müddəti başa çatdıqdan sonra uzadılması ilə bağlı danışıqlar aparmayacaq.
Valyuta.az xəbər verir ki, bunu Amerikanın Səsinin Ukrayna xidmətinə müsahibəsində energetika naziri Herman Qaluşenko deyib.
Nazir bildirib ki, Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitini nəzərdə tutan müqavilə 2024-cü ildə başa çatır və onun davam etdirilməsi Avropanın Rusiya qazı olmadan yaşaya biləcəyindən asılı olacaq.
O əlavə edib ki, Ukrayna tranzitin mümkün davamı ilə bağlı Rusiya ilə danışıqlarda tərəf olmayacaq.
Qaluşenko ümid etdiyini bildirib ki, gələn il Avropa tədarükləri şaxələndirə biləcək və Rusiya qazına ümumiyyətlə ehtiyac olmayacaq.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay