Gömrük
16.08.2023 / 19:04
“Azərşəkər” gömrük qaydalarını pozub? - Şirkət barəsində protokol tərtib olunub
31584
“Azərşəkər” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatına verilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
“Azərşəkər” MMC 23 yanvar 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 72 280 000 AZN, qanuni təmsilçisi Mehdiyev Anar Rəsul oğludur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay