BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
31575

Nə avtobus dayanacağını göstərən nişan var, nə dayanacaq... Buna baxmayaraq ərazidə avtomobil saxlayan sürücülər dərhal cərimə edilirlər.

“Qafqazinfo” xəbər verir ki, söhbət Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi parkının qarşısındakı ərazidən gedir.

Mövcud vəziyyətlə bağlı sürücülər tərəfindən saytımıza müraciət edilib. Şikayətçilərdən biri deyir ki, avqustun 15-də axşam saatlarında avtomobilini sözügedən ərazidə park edib. Geri qayıtdıqda isə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci (dayanma-durma qaydalarını pozma) maddəsi ilə 40 manat cərimə olunub.

Məsələ orasındadır ki, şikayətçi nəyə görə cərimələndiyini bilmir. Çünki park edilən yerdə avtobus dayanacağını göstərən nişan yoxdur, dayanacaq quraşdılmayıb.

Vəziyyətlə yerində tanış olmaq üçün qeyd olunan ünvana yollandıq. Gördüyümüz mənzərə isə şikayətçinin dediklərindən fərqli olmadı. Fotolardan da görünür ki, həqiqətən də nişanın bünövrəsi var. Amma nə vaxtsa nişanın özünün olub-olmadığı bilinmir:

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, yolda avtobus dayanacağını gözlə görünən şəkildə göstərən yol nişanı yoxdursa, sürücünün cərimə edilməsi qanunauyğun deyil.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli deyir ki, avtobus dayanacağını müəyyən edən yol nişanının quraşdırılması üçün aidiyyəti üzrə müvafiq quruma məlumat verilib: “Bununla yanaşı tərtib olunan inzibati xəta protokolu araşdırılacaq, nişan çatışmazlığı olduğu vaxt ərzində tərtib olunan protokollara yenidən baxılaraq lazımi tədbir görüləcək”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, həmin ərazidə yol nişanı olub, lakin kənar şəxslər tərəfindən yararsız hala salınıb: “8 Noyabr prospekti, Nizami parkının qarşısında avtobus dayanacaq məntəqəsi mövcuddur. Həmin məntəqədən 4 müntəzəm marşrut xətti üzrə avtobus keçir. Ərazidə avtobus dayanacaq məntəqəsi təşkil edilən zaman müvafiq infrastruktur da qurulub. İnfrastruktur işləri çərçivəsində Yol hərəkəti qaydalarına əsasən, avtobus dayanacaq meydançasının yerini bildirən 1.17 nişanlanma xətti çəkilib və 5.12 yol nişanı quraşdırılıb. Lakin sonradan kənar müdaxilə nəticəsində yol nişanı yararsız hala salınıb. Bununla bağlı AYNA-ya məlumat daxil olub və hazırda nişanın bərpası üzrə iş aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin