BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
31539

Ölkəmizdə startap ənənəsi hələ ki tam formalaşmayıb. Startapların yaradılması istiqamətində irəliləyiş olsa da, Azərbaycanda investorlar startaplara investisiya qoymağa çəkinirlər. Onların uğurlu olacağına inanmırlar. Daha çox ənənəvi bizneslərə üstünlük verirlər. Bəs investorlar startapların uğurlu ola biləcəyini necə müəyyən edə bilərlər? Uğurlu startaplarla bağlı hər hansı kriteriya varmı?

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin layihələrin idarə edilməsi departamentinin baş layihə meneceri Ziniddin Babayev Valyuta.az-a açıqlamasında bildirdi ki, əslində, startaplar da ənənəvi biznes kimidir: “Necə ki ənənəvi biznes çox zaman insanların təməl ehtiyacları, onların arzuları və xəyallarını qarşılayır. Bəzən isə öncədən ölçülməsi çətin olan qeyri-standart xidmətlər belə uğurlu ola bilir. Startap da həmçinin”.

Z.Babayev deyir ki, startap oyun deyil. Ona görə, onun uğurlu və ya uğursuz olmasının əvvəldən təxmin etmək çətindir: “Startap bir prosesdir və bu proses ənənəvi biznesdə olduğu kimi müxtəlif mərhələlərdən ibarətdir. Sadəcə ənənəvi biznesdə o mərhələlər çoxlarına bəyandır, çünki real təcrübələr çox olub. Startap isə yeni metodları və yolları izlədiyi üçün burada onun qurucusunun təsəvvür və məsuliyyəti investorun təsəvvürü ilə uzlaşmalıdır. Düşünürəm ki, bu mərhələdə investorlar daha çox öyrənirlər və heç bir halda nə isə itirmirlər. Şübhəsiz ki, startapın uğurlu olmasına dair heç bir təxmin 100 faiz dəqiqlik verə bilməyəcək, lakin doğru strategiya və yanaşma, müvafiq təhlillər başlanğıc mərhələsindəki riskləri minimallaşdırmağa və müvəffəqiyyət ehtimalını artırmağa yardım ola bilir”.

İnvestorların fikir verməli olduğu amillərə gəlincə, Z.Babayev bildirdi: “Birmənalı olaraq bazar şəraiti, bazar həcmi, rəqabət üstünlüyü, icraçı komandanın bacarıqları və s. kimi kritik faktorları qeyd etmək olar. Bütün bu sadalananlar kompleks şəkildə startapın uğurlu olma ehtimalına dair fikir formalaşdırmağa kömək olur və nəticədə investorların risk götürmə və qərarverməsində də həlledici faktora çevrilir”.

Ziniddin Babayev qeyd etdi ki, Azərbaycanda bir neçə ildir ki, startap sektorunda inkişaf müşahidə edilir: “Startaplar üçün bir neçə mərkəz yaradılıb ki, startapların inkişafı üçün müsbət mənada xüsusi rola malikdirlər. 2018-ci ildən fəaliyyət göstərən “INNOLAND”in xidmətlərindən bu günə qədər 100-dən artıq startap komandası faydalanıb.

Z.Babayev qeyd etdi ki, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət göstərən startaplara yatırılan investisiyanın 35 faizi yerli, 65 faiz xarici investorların payına düşür.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin