NASA: İyul ayı 140 illik müşahidələr zamanı ən isti ay olub
NASA-nın Goddard Kosmik Tədqiqatlar İnstitutunun (GISS) alimləri 2023-cü ilin iyulunun 1880-ci ildən bəri Yer kürəsində ən isti ay olduğunu bildiriblər.
Bu barədə Valyuta.az NASA-ya istinadən xəbər verir.
2023-cü ilin iyul ayı NASA-nın bildirdiyi bütün digər iyul aylarından 0,24°C, 1951-1980-ci illərin orta iyulundan isə 1,18°C daha isti olub.
Cənubi və Şimali Amerikanın bəzi yerlərində, Şimali Afrikada və Antarktika yarımadasında xüsusilə isti olub - orada temperatur orta hesabla təxminən +4 dərəcə yüksəlub.
“NASA-nın məlumatları, bütün dünyada milyardlarla insanın hiss etdiklərini təsdiqləyir: 2023-cü ilin iyul ayının temperaturu onu tarixin ən isti ayına çevirdi... Biz icmalarımızı və planeti qorumaq üçün indi hərəkətə keçməliyik, etməli olduğumuz yeganə şey budur", deyə NASA administratoru Bill Nelson bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay