Süni intellektdən yemək resepti istədilər, zəhər təklif etdi
Yeni Zelandiyada "Pak'n Save Savey" adlı supermarket özünün adını verdiyi süni intellektdən istifadə edərək müştərilərinə yemək və resept təklifləri verib.
Valyuta.az xəbər verir ki, bununla belə, istifadəçilər süni intellektin bir sıra zəhərli və ölümcül qidalar təklif etdiyini irəli sürüblər. “Pak'n Save Savey” müştərilərə qalıqları təkrar istifadə etmək və ya soyuducudakı inqrediyentlərdən daha yaxşı yararlanmaq üçün yaradıcı reseptlər təklif etmək üçün nəzərdə tutulub.
Digər tərəfdən, süni intellekt mətbəx inqrediyentlərindən başqa əşyalardan istifadə edərək reseptlər təklif edib. Üstəlik, resept üçün materialların bəziləri tamamilə ölümcül, zəhərli olub.
“Guardian”ın xəbərinə görə, bot “Oreo və qızardılmış tərəvəzlər” kimi qəribə səslənən reseptlərlə gündəmə gəlib. Botu sınamağa davam edən istifadəçilər nəticədə daha dəhşətli mənzərə görüb. Məsələn, yeni zelandiyalı siyasi şərhçi Liam Heir “Twitter”də botun təklif etdiyi "aromatik su qarışığı" adlı resepti paylaşıb. Resept ağardıcı, ammonyak və sudan ibarət yüksək zəhərli maye yaradır. Süni intellektin təklif etdiyi resept “möcüzəli kulinariya macərası” kimi təsvir edilir. Bu resept ağardıcı əlavə edilmiş düyüdən ibarətdir. Başqa bir istifadəçisüni intellektdən kartof, yerkökü, soğan və insan əti inqrediyentlərindən resept yaratmağı tövsiyə etdiyini bildirib. Bot bu resepti, "sirli ət” kimi təklif edib. Botun reseptində 500 qram insan ətinin kifayət edəcəyi yazılıb.
“Pak'n Save”dən verilən açıqlamada, süni intellektin pis niyyətlə istifadə edildiyi bildirilib: “Kiçik bir azlığın alətdən yersiz və boş yerə istifadə etməyə çalışdığını görəndə məyus olduq”.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay