Smartfonunuzu haker hücumundan qorumaq üçün əsas qayda
"Samsung"un icraçı vitse-prezidenti və təhlükəsizlik şöbəsinin rəhbəri Sunqon Şin bildirib ki, istifadəçilər rəsmi mağazalardan kənarda smartfonlarına proqramlar quraşdırarkən tez-tez viruslar yükləyirlər.
Valyuta.az xəbər verir ki, o, “The Sun” tabloidinə smartfonu haker hücumundan qorumağın əsas qaydası barədə danışıb.
"İstifadəçinin edə biləcəyi ən pis səhv etibarsız mağazadan proqramlar yükləmək və sonra həmin proqramlara lazımsız icazələr verməkdir", deyə "Samsung" rəsmisi bildirib.
Onun sözlərinə görə, istifadəçilər yalnız "Galaxy Store" və ya "Google Play Store" kimi etibarlı mağazalardan proqramlar yükləməlidirlər. Şin rəsmi mağazada "Play Protect" funksiyasının fəaliyyət göstərməsinə aydınlıq gətirib. "Samsung" rəsmisi izah edib ki, potensial zərərli proqram aşkar edilərsə, o, avtomatik olaraq cihazdan silinir:
“Smartfonlarda əvvəlkindən daha həssas məlumatlar var. Bank hesabları, şəxsi fotoşəkillər, ailəniz haqqında məlumatlar, buna görə də insanlar smartfonlarının məxfiliyinə və təhlükəsizliyinə diqqət yetirməlidirlər".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay