BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
31430

Azərbaycanda qızmar yay nəhayət, öz üzünü, göstərdi. Neçə gündür ölkə ərazisində havalar əsl yay mövsümünə xas, isti və bürkülü keçir. Kəskin istilər bir-birini əvəz edir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarınadək davam edəcək. O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir: “Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası və aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq”.

Qurum rəsmisi həmçinin bildirib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər ki, bu da əhali üçün əlverişsiz sayılır.

Qeyd edək ki, insan bədəni üçün normal temperatur 36-37 dərəcə sayılır. Artıq temperatur 40 dərəcəyə qalxdıqda dəridə genişlənmə baş verir ki, bunun da nəticəsində buxarlanma yaranır, beyində termorequlyasının pozulması yaranır. Orqanizm artıq bu prosesi tənzimləyə bilmədiyi üçün qan dövranı pisləşir, günvurma riski yaranır. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslərdir.

Mütəxəssislər bildirir ki, günvurmanın əsas əlamətləri kimi kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmalarıdır.

Günvurmanın əsasən 3 növü olur - yüngül, orta və ağır dərəcəli günvurma. Yüngül günvurmada ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir. Orta dərəcə günvurmada kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huş itirmə halları ilə müşahidə olunur. Ağır forma hətta ölümlə nəticələnə bilir. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olunması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur.

Bəs günvurmaya məruz qalmamaq üçün nə etmək lazımdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə günvurma və istivurma hadisələrini bir-birindən ayırmaq lazımdır. Belə ki, günvurma günəş şüalarının birbaşa düşməsi zamanı ultrabənövşəyi şüaların orqanizmə təsirindən yaranır. İstivurma isə orqanizmin istilik tənzimləmə mexanizminin  pozulması nəticəsində bədən temperaturunun yüksəlməsi və ona bağlı olan patoloji dəyişikliklər deməkdir.

Ümumiyyətlə, bu cür isti havalarda məqsədə uyğundur, saat 12:00-16:00 arası çimərliyə gedilməsin. Çünki həmin vaxt ultrabənövşəyi şüaların düşdüyü təhlükəli vaxtdır. Günvurma hadisələri məhz bu saatlarda daha çox baş verir. İnsanlar çimərliklərdə bəzən günəş şüaları altında uzanır ki, bunun özü günvurma ilə yanaşı olaraq günəş yanıqlarına gətirib çıxara bilir və bu həyat üçün çox təhlükəlidir.

İstivurma, günvurma zamanı ilkin əlamətləri bunlardır -  insanı soyuq tər basır, təzyiq  düşür, bayılmalar baş verir. Bu zaman dərhal həmin şəxs həmin yerdən sərin bir yerə köçürülməlidir. Bu, ilk yardımın ilk addımıdır. Daha sonra onun alnına soyuq dəsmal qoyulmalı, bədəni soyuq su ilə silinməli və həkim çağrılmalıdır. Həkimə qədər bu ilk yardım vacibdir. Hesab edirəm ki, vacib olmadıqda saat  12:00-16:00 arası bayıra çıxmaqdan çəkinmək lazımdır.  Çıxdıqda isə gün kepkalarından istifadə etmək lazımdır ki,  başa birbaşa gün dəyməsin. Həmçinin qadınlar şlyapalardan, digər qoruyucu vasitələrdən, gün eynəklərindən istifadə edə birlər. Yəni mümkün qədər  günəş şüalarından qorunmaq lazımdır. Amma günəş şüalarından  qaçmaq da olmaz ki, bunu da nəzərdə saxlamaq lazımdır".

Qidalara gəldikdə isə mütəxəssislər daha çox maye qəbul olunması tövsiyə edir. Lakin maye qəbul edərkən qazlı, energetik içkilərdən uzaq durmalı, daha çox adi su və ya meyvə şirələrindən istifadə etmək lazımdır.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin