Ərdoğan Putinlə danışdı: Türkiyə taxıl sazişiylə bağlı yeni təklif irəli sürdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz vasitəsilə taxıl ixracına dair sazişi “genişlənmiş formatda” canlandırmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Qeyd olunur ki, o, Qərb ölkələrini bu təşəbbüsün Rusiya ilə Ukrayna arasında sülhün əsasına çevrilməsinə kömək etməyə çağırıb.
“Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın tələbləri və gözləntiləri ilə yaxından tanış olmaq üçün daha bir şansımız oldu”, - deyə Ərdoğan bildirib.
O, əlavə edib ki, iki lider taxılın Afrikaya daşınması zərurəti ilə bağlı "həssaslıqları" bölüşürlər.
"Genişlənmiş əhatə dairəsi ilə" təşəbbüsünün yenidən işə salınması üçün əlaqələr davam edir. Ərdoğanın sözlərinə görə, qərar “Qərb ölkələrinin vədlərinə əməl edib-etməməsindən” asılıdır.
“Təəssüf ki, əvvəlki dövrdə loyallıq prinsipinə əməl olunmadı. Qara Dəniz Təşəbbüsünün yaratdığı müsbət ab-havanın atəşkəsə, sonra isə daimi sülhə çevrilməsi üçün heç bir diplomatik addım atılmadı”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ötən həftə Ərdoğan və Putin Rusiya liderinin bu ayın sonunda Türkiyəyə planlaşdırılan səfərini müzakirə etmək üçün Rusiyanın taxıl sazişindən çıxmasından sonra ilk dəfə telefonla danışıblar.
Taxıl müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində Rusiya dəfələrlə Ukrayna ərazisindən keçən ammonyak boru kəmərinin fəaliyyətinin bərpasını və özünün Rosselxozbankının SWIFT sisteminə yenidən qoşulmasını tələb edib.
Bundan əvvəl Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqdan sonra Türkiyəyə səfər etməyə razılıq verdiyi bildirilirdi.
İyulun 21-də Ərdoğan Putinlə Rusiya Federasiyasının taxıl sazişinə qaytarılması məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.
İyulun 7-də Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə Ərdoğanla görüşüb. İyulun 21-də onlar telefon danışıqları aparıblar. Əsas mövzu taxıl müqaviləsinin uzadılması olub.
İyulun 17-də Rusiya Krım körpüsünün dəfələrlə partladılmasını əsas gətirərək, taxıl sazişindən çıxdığını rəsmən elan edib. Eyni zamanda, Moskva Qara dənizdə naviqasiya təhlükəsizliyinə dair təminatları geri götürüb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay