BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
31176

Dünyada bir milyarddan çox internet saytının istifadə olunduğu virtual aləmdə hər saniyədə üç yeni internet saytı hazırlanır.

Valyuta.az xəbər verir ki, sürətlə inkişaf edən internetin geniş istifadəsi ilə yeni saytların sayı gündən-günə artır. Son məlumatlara görə, orta hesabla hər bir saniyə ərzində üç yeni internet saytı açılır. İnternetin gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilməsi ilə veb saytlar hər cür məlumat və rəqəmsal dünyaya çıxış üçün böyük əhəmiyyət kəsb edir. Müəssisələr, fərdlər və təşkilatlar müxtəlif məqsədlər üçün veb-saytlar yaradaraq rəqəmsal mövcudluğu artırırlar. Bu vəziyyət internet saytlarının sürətlə yayılmasına səbəb olur.

İngilis alimi Tim Bernersli 1991-ci il avqustun altısında “World Wide Web” (www) layihəsini xaricə giriş üçün təqdim edən mətnlə ilk internet saytını açanda texnologiya əsri üçün ən böyük addımlardan birini atmış oldu. Həmin vaxtdan bəri 32 ildən çox keçib və artıq saytların sayı bir milyardı ötüb.

Əvvəllər yalnız İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) daxilindən çıxışı mümkün olan internet saytı “www” missiyasını yerinə yetirə bilmirdi. 1991-ci ildə isə Bernersli saytı ictimaiyyətə təqdim etdi və bu gün istifadə olunan internet səhifələrinin ilk nümunəsi ortaya çıxdı. Dövrün ən böyük ixtiralarından biri hesab edilən internet, ticarətdən təhsilə, əyləncədən nəqliyyata kimi həyatın demək olar ki, bütün sahələrini yenidən formalaşdıran texnoloji inkişaf kimi önə çıxır. 

İnternet trafiki haqqında məlumat paylaşan “Siteefy”nin məlumatına görə, dünya üzrə bir milyard 106 milyon 671 min 903 internet saytı var. Bunların 18 faizi (201 milyon 898 min 446) aktiv istifadə edildiyi halda, 82 faizi qeyri-aktivdir. Gündə 252 min yeni internet saytı açıldığı halda, hər saatda 10 min 500, dəqiqədə 175, saniyədə üç  yeni internet saytı istifadəyə verilir. Bu sürətli böyümə tendensiyası veb tərtibatçıları, məzmun müəllifləri və rəqəmsal marketinq mütəxəssisləri üçün böyük imkanlar yaradır. Veb saytların optimallaşdırılması, yenilənməsi və marketinqi bu artan rəqəmsal ekosistemdə rəqabət üstünlüyü əldə etmək üçün kritik hala gəlib.

“Similarweb”in məlumatlarına görə, dünyada ən çox ziyarət edilən sayt "google.com" olub. “Google”dan sonra ən çox giriş edilənlərin siyahısında “youtube.com”, “facebook.com”, “instagram.com” və “twitter.com” ilk pillələrdə gəlir. 

Orta hesabla istifadəçilər hər dəfə “Google”da 10 dəqiqə 38 saniyə, Yutubda 20 dəqiqə 25 saniyə, feysbukda 10 dəqiqə 43 saniyə, Instaqramda 8 dəqiqə 22 saniyə, “Twitter”də isə 10 dəqiqə vaxt keçirir. 2023-cü ilin aprel ayına olan statistik məlumatlara görə, dünya əhalisinin 64,9 faizi (5,18 milyard) internetdən, 59,9 faizi (4,8 milyard) isə sosial mediadan istifadə edir.

Regional baxımdan ən çox internetə çıxış Şimali Avropadandır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

İcbari sığortalar üzrə yığımlar kəskin artır

Mərkəzi Bankdan 650 minlik TENDER ELANI

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ixracı 5 milyard dollar azalıb - SİYAHI

Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5% artıb

Sumqayıtda İnnovasiya Mərkəzinə "Apple" statusu veriləcək

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi®

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"Honda" və "Nissan" şirkətlərinin birləşmə tarixi açıqlandı

Nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

“Azintelecom” mətbuat konfransı və kommersiya tədbiri təşkil etmək üçün 150 min ayırıb

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 29 % artırıb

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək

Yeni il tətilində necə əlavə pul qazanmaq olar? - 5 ÜSUL

İlon Mask: "Süni intellekt 2030-cu ilə qədər bütün insanların intellektini üstələyəcək"

"Lukoil"də benzinə su qatılır iddiası - QURUMDAN CAVAB

“Apple”da yenilik - Üztanıma ilə açılan qapılar

Bu məktəblərdə 4 yanvar dərs günü olacaq

ATİB-in İdarə Heyəti yenidən formalaşdırılıb

Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq

“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

Sabah hava necə olacaq?

Sosial şəbəkədə saxta iş elanları verən şəxs tutulub - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin