Avto
07.08.2023 / 14:19
"Lexus" brendin cərgəsindəki ən bahalı modeli buraxdı
31173
"Lexus" avtomobil istehsalçısı RX 450h+ hibrid krossoverini nümayiş etdirib ki, bu da brendin model xəttində ən bahalı olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Krossover 2,5 litrlik benzin mühərriki, iki elektrik mühərriki (hər ox üçün bir) və litium-ion akkumulyatorla təchiz edilib. Elektrik stansiyasının ümumi gücü 304 at gücünə bərabərdir. 0-dan 100 km/saata qədər avtomobil 6,2 saniyəyə sürətlənə bilir. Maksimal sürət 200 km/saatdır. Təkcə elektriklə bir avtomobil 56 km gedə bilər.
"Lexus" RX 450h+ modelinin ABŞ bazarında satışı 2023-cü ilin sonunda başlayacaq. Avtomobil 70 min dollara başa gələcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay