Avto
04.08.2023 / 22:53
“Hyundai”ın Azərbaycandakı distribütoru cərimə edilir
31114
“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan "Auto Azərbaycan" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay