"BŞİH əhalinin vəziyyətini fikirləşib, alternativ imkanlar yaratmalıdır ki..."
“Pomidor iki-üç günə satılmasa xarab olacaq, müştərisini tapmayacaq, böyük bir hissəsini də zibilxanaya atacaqlar”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov rayonlarda 30-35 kilo pomidorun 7 manata satılmasına münasibət bildirərkən deyib.
Ekspert həmin pomidora Bakı və Sumqayıt şəhərlərində böyük ehtiyac olduğunu xatırladıb:
“Pomidor müştərilərini tapmalıdır. Bakı şəhər İcra Hakimiyyəti əhalinin vəziyyətini fikirləşib, onlara alternativ imkanlar yaratmalıdır ki, istehlakçılar daha ucuz məhsul əldə etsinlər. Bakı və Sumqayıtda bir neçə topdansatış bazarı olmalıdır”.
Vahid Məhərrəmov fermer və kəndlilərin istehsal etdikləri məhsulu qısa zamanda yığdıqlarını vurğulayıb:
“Onların həm saxlama anbarları yoxdur, həm də məhsulu bazarlara çıxara bilmirlər. Ona görə ki, bazar manapoliyadadır. Biz dəfələrlə hökumətə bununla bağlı təkliflərimizi vermişik. Bakı şəhərində bir neçə topdansatış bazarları təşkil etmək lazımdır. Bu gün açıq şəraitdə yetişdirilən pomidora ehtiyac var. Qışa hazırlıq görülür, bankalar bağlanılır. İndiki şəraitdə elə etmək lazımdır ki, istehlakçılar və istehsalçılar da qazanc əldə eləsin ki, ucuz qiymətə qışa ehtiyyat tədbiri görsün. Təklif etmişdik ki, Bakı şəhərində istehsalçılar üçün müəyyən rayonlarda, harda ki əhali daha çox yaşayır orada yerlər yaradılsın və həftənin bütün günü məhsullarını sata bilsinlər. Amma təəssüf ki, bu hələ də sözdə qalıb”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay