BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
30983

Nəşr edilən yeni hesabatda dünyanın aparıcı elektrik avtomobilləri istehsalçısı “Tesla”nın məsafələri çox şişirtdiyi ortaya çıxıb. 

Valyuta.az xəbər verir ki, illərdir məsafə qiymətləndirilmə proqramlarında avtomobillərinin potensial sürmə məsafəsinin şirkət tərəfindən şişirdildiyi məlum olub. “Tesla”nın məsafəölçən proqram təminatı dizaynı ilə tanış olan bir mənbə marketinq məqsədləri üçün hazırlanmış yanlış məlumatı izah edib. İzahda bildirildiyinə görə, şirkət sürücülərin tam doldurulmuş akkumulyatorla qət edə biləcəkləri məsafənin təxminlərini göstərən alqoritmlər yazmaq qərarına gəlib. Ancaq, batareyanın gücü 50 faizdən aşağı düşdükdə, alqoritm sürücülərə qalan məsafə ilə bağlı daha real təxminlər göstərməyə başlayıb.

Reuters-in xəbərinə görə, bu marketinq yanaşmasının təşəbbüskarı “Tesla”nın sahibi İlon Mask olub. Mənbə açıqlamasında, “İlon akkumlyator tam doldurulduqda daha yaxşı rəqəmlər göstərmək istədi. Çünki alıcılar tam dolu batareya ilə 350-400 mil (560-640 km) məsafə göstərən bir avtomobil alanda özünü yaxşı hiss edir” - sözlərini deyib.

“Tesla” əvvəllər də səhv diapazon təxminləri verərdiyi üçün cərimələnib. Cənubi Koreya tənzimləyiciləri bu ilin əvvəlində “Tesla”nı cərimələyib. Buna səbəb 2019-cu ilin avqustundan 2022-ci ilin dekabrına qədər “Tesla”nın vebsaytında yanlış məsafə göstərdiyi və bunu reklam etdiyi üçün 2,1 milyon dollar məbləğində cərimələnib. Koreya Ədalətli Ticarət Komissiyası, həmçinin, “Tesla” avtomobillərinin soyuq havalarda şirkətin iddia etdiyi diapazonun 50,5%-ni itirdiyini göstərən testləri də ortaya çıxarıb.

ABŞ-da “Tesla” indiyə qədər tənzimləyici cərimələrdən yayınıb. Lakin 2020-ci ildən bəri ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) şirkətdən avtomobil reklamında istifadə etmək istədiyi diapazonu orta hesabla üç faiz azaltmağı tələb edib. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftin qiyməti 73 dolları keçdi

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

Fillərin fermentasiya etdiyi qəhvənin bir fincanı 119 manata satılır

Türk lirəsi ucuzlaşdı - Yeni məzənnə

Sumqayıtda abad məhəllələr yaradılır

"Bitcoin"in qiyməti bir az da düşdü - 104 min dollar oldu

Müasir qonaqpərvərliyin lüğəti -SƏHƏR OXUSU

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin