Köhnə “Twitter” loqosu olan telefonlar baha qiymətə satılır
“Twitter” loqosu və adını “X” olaraq dəyişdirdikdən sonra bəzi istifadəçilər iOS və Android cihazlarında tətbiqi yeniləməyərək köhnə loqo, ad və interfeysdən istifadə edirlər.
Valyuta.az xəbər verir ki, Kanadada Rjey adlı bir tvitter istifadəçisi, köhnə loqosu, adı və interfeysi saxladığı üçün “iPhone 14 Pro Max” modeli olan telefonunu 2200 dollara satdığını deyib. Halbuki “Apple”in bu smartfon modeli üçün müəyyənləşdirdiyi rəsmi qiymət 1099 dollardır.
Bəs köhnə “Twitter” loqotipini necə geri qaytarmaq olar? Sosial şəbəkənin əvvəlki loqosu, interfeysi hələ də yenilənməyən telefonlar rekord qiymətə satılır. Bəzi istifadəçilər köhnə adı, loqo və interfeysi olan platformanı saxladığı üçün telefonlarını satışa çıxarıb.
Endryu Klare adlı istifadəçi isə paylaşdığı video ilə “Twitter”in köhnə loqosunu “Apple” cihazlarında geri qaytarmağın yolunu göstərib. O, “Qısayollar funksiyasından yeni qısayol yaradırıq və onu “Twitter” adlandırırıq. Sonra bizdən proqram seçməyi xahiş etdikdə, X-i seçərək davam edirik. Əsas səhifənin adı və ikon bölməsinə daxil olaraq, əvvəllər yüklədiyimiz proqramın simvolik quş loqosunu seçirik. Bütün bunları etdikdən sonra artıq köhnə loqosu ilə Twitter-ə daxil ola bilərsiniz” - deyə bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay