BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
30906

Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem hələ də qalmaqdadır. Bu problem Sosial Tədqiqatlar Mərkəzinin müvafiq hesabatında da əksini tapıb. Mərkəzin sədri, millət vəkili Zahid Orucun sözlərinə görə, qeyri-rəsmi məlumatlara əsasən, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir: “Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır”. Bəs bu problem niyə həllini tapmır?

Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, bu rəqəmin əksər hissəsi əvvəldən bu problemlə üzləşənlərə aiddir: “Bir mənzilin iki və daha artıq şəxsə satılması halları 2003-2013-cü illər ərzində daha çox baş verirdi. Mənim təcrübəmdə də belə bir hal yaşanmışdı. Bir mənzilin 37 adama satıldığı həmin hadisə Yeni Yasamal ərazisində baş vermişdi”.

C.Cəfərlinin fikrincə, bununla bağlı qanun var, lakin ona əməl edilmir: “Mülki Məcəllədə, eləcə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda layihələndirilən, tikilməkdə olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından bəhs edilir. Bildirilir ki, tikililər qabaqcadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bu zaman həmin tikililərə dair mülkiyyət sənədini əvəz edən arayış tərtib edilir. Həmin arayış tikinti sahibinə təqdim olunur. Bu sənəd bina istismara qəbul edilənə qədər mülkiyyət sənədini əvəz edir. O, çıxarış deyil və mənzildən istifadə üçün əsas vermir. İstifadə üçün mənzil istismara verilməlidir. Arayış alqı-satqı zamanı vətəndaşın adına keçir. Sonra MTK rəhbəri mənzili ikinci dəfə sata bilmir. Bir mənzilin bir neçə şəxsə satılması halı oradan qaynaqlanır ki, həmin mənzillərə dair dövlət tərəfindən verilən sənəd təqdim olunmur, mənzilin çıxarışı, qeydiyyatı yoxdur. Qeydiyyatı yalnız MTK özü aparır. O da rəsmi deyil. Vətəndaş pulu ödəyir, sənəd alır. Başqa bir vətəndaşa evi ikinci dəfə satmamağa dair heç bir hüquqi sənəd yoxdur. Mənzil həm təmirsiz, həm də sənədsiz olduğu üçün vətəndaş asanlıqla aldadılır. Binanın inşaatına başlanılanda, layihələndiriləndə reyestrdə qeydiyyata alınsa, bütün mənzillərə arayış verilsə, əhali məlumatlandırılsa, qanun tam işlək vəziyyətdə olsa, vətəndaş da biləcək ki, bina tikilirsə, deməli çıxarışı var. Vətəndaş yarımçıq tikilidən də mənzil almaq istəsə, MTK rəhbərliyindən arayış tələb edə biləcək”.

Hüquqşünas düşünür ki, insanları aldadan şəxslərə nə qədər ağır cəza verilsə də, azdır: “Onları Cinayət Məcəlləsinin “dələduzluq maddəsi” ilə cəza gözləyir. Cəza ələ keçirilən vəsaitin miqdarından və cinayətin xarakterindən asılı olaraq dəyişir. Ziyan ödənilib və ya ödənilməyib, dəstə tərəfindən törədilib, yoxsa MTK sədri özü edib, bunlar da şərtdir. Xeyli miqdarda ziyan vurmaqla törədildikdə 4 min manatdan 7 min manata qədər cərimə, yaxud 1 ildən 5 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Külli miqdarda ziyan dəyirsə, 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 10 ildən 14 ilə qədər cəza verilməsi də mümkündür. Əksər hallarda vətəndaş pulunu ala bilmir, çünki həbsdə olan şəxs mülkünü başqalarının adına keçirir. Qanunda isə yazır ki, əgər bir müəssisə yaradılırsa, onun nizamnamə kapitalı elə olmalıdır ki, kreditorların tələbini ödəmək imkanı olsun. Amma bəzən nizamnamə kapitalında 10 manat yazılır. Binanın dəyəri isə 50 milyondur. Bu məbləğlə bina tikərlər?”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dedi ki, bu sahədə yeni qanun layihəsinə ehtiyac var: “MTK, yaxud MMC - tikinti şirkəti bina inşa edərkən, satışını həyata keçirərkən bütün hüquqi bazalar şirkətdə olur. Yəni, şirkət mənzili özünün hazırladığı müqavilə ilə satır. Möhür və imza da şirkətə məxsus olduğuna görə mənzili başqa şəxslərə də sata bilər. Bu proses daha çox tikilməkdə olan binalarda yaşanır. Çünki hazır binada mənzillərin sahibləri bəllidir. Bina tikilib başa çatana qədər hansısa formada pul qazanmaq və ya xərclərini qarşılamaq üçün bu cür addımlar atırlar. Çox vaxt tikinti prosesini yubadırlar. 3 ilə təhvil veriləcək binanı bəzən 5-6 ilə tikirlər ki, əməllərinin üstü açılmasın. Bu problemlərin aradan qaldırılması üçün tikintilərlə bağlı yeni qanun layihəsi hazırlanmalıdır”.

Ekspert qeyd etdi ki, bu məsələdə əsas müzakirə mövzusu həm də tikinti şirkətləri ilə vətəndaşlar arasında vahid müqavilə formasının tərtibilə bağlıdır: “Bütün şirkətlər eyni formalı müqavilədən istifadə etsələr daha yaxşı olar. Çünki tikinti şirkətlərinin satış şöbələrində müqavilələr müxtəlifdir. Vahid müqavilə forması olmadığına görə orada vətəndaşın hüquqları tam əksini tapmır. Vahid müqavilə forması yaradılsa, hər iki tərəfin hüquqları qorunar”.

E.Fərzəliyevin sözlərinə görə, satışı səlahiyyətli dövlət qurumu aparsa, insanlarda da inam formalaşar: “Bəzi fırıldaqçı tikinti şirkətlərinə görə digər şirkətlərin gördükləri işlərə də xələl gəlir və bu sahəyə inamsızlıq yaranır. Tikinti şirkətləri binanı tikməli, amma satış prosesini MTK deyil, hansısa dövlət qurumu aparmalı, baza olmalıdır. Bu zaman vətəndaşda da inam formalaşar ki, evi mənə satan tikinti rəhbəri deyil, səlahiyyətli dövlət qurumudur. Bu halda heç bir tikinti şirkəti vətəndaşı aldada bilməyəcək. Həmçinin, mənzillərin reyestri aparılarsa, təkrar satış zamanı mənzil sahibi dövlətə vergi ödəyəcək, insanlar öz evinə qeydiyyata düşə biləcək”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin