BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
30818

“Gömrük Məcəlləsinə dəyişiklik, yəni utilizasiya rüsumlarının tutulması Azərbaycan avtomobil bazarına o qədər də təsir etməyəcək”. 

Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert deyib ki, bu rüsumlar yüksək məbləğ deyil:

“Avtomobilin qiymətinin təxminən 5 faizindən azını təşkil edir. Bu qanun 4 ildən çox ili olan avtomobillərə şamil edilir və belə avtomobillərə görə rüsum 400 manatdır, ili 7 ildən çox olan avtomobillərdə isə bu rüsum 700 manatdır. Bu rüsum ölkəyə idxal edilən yeni avtomobillərə və ölkə daxilində olan maşınların alınıb-satıılmasına aid deyil. Qanun idxal edilən köhnə avtomobillərə aiddir. Ona görə də bu dəyişikliyin Azərbaycan bazarına elə bir təsiri olmayacaq”. 

Eldəniz Cəfərov bidirib ki, utilizasiya proqramı özlüyündə geniş sosial-iqtisadi layihədir, onu həyata keçirmək o qədər də asan deyil:

“Bunun üçün ilk növbədə utilizasiya sənayesi, fondu yaradılmalıdır. Utilizasiya fondu ona görə lazımdır ki, utiliziasiya gedən nəqliyyat vasitələrindən sökülən plastik, rezin, şüşə, metal hissələrin yenidən təkrar emala gedəcəyi yoxsa, xarici ölkəyə satılacağını müəyyənləşdirilsin. Bu fondda ona görə lazım olacaq ki, yaxın gələcəkdə utilizasiya olunan avtomobillərə görə xərci ödəyə bilsin və vətəndaşlara həmin fonddan məbləğlər verilə bilsin”.

Ekspert qeyd edib ki, utilizasiya könüllülük prinsipi əsasında həyata keçiriləcək:

"Kiminsə avtomobili məcbur əlindən alınmayacaq. Bu olduqca vacib məqamlardan biridir. Vətəndaş könüllü olaraq istismarda olan və olmayan nəqliyyat vasitəsini müvafiq MMC-yə təhvil verir. Bununla bağlı Dövlət Yol Polisinə xəbər verir, müvafiq arayışı alır. Həmin nəqliyyat vasitəsi qiymətləndirilir, vətəndaşa məbləğ əsasında vauçer verilir. Vətəndaş vauçerlə rəsmi diler və ya distirbüterlərə avtomobil almaq üçün yaxınlaşır. Həmin rəsmi diler və düstürbütorlar öz növbəsində vauçerlə gələn vətəndaşa endirim edir, vətəndaş həmin vauçerin çatmayan məbləğini tamamlayaraq, yeni avtomobil ala bilir”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə imzaladığı qanuna əsasən minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq. Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə “Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı” adlı yeni maddə (233-1-ci) əlavə olunub. Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır. Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Onlarla vakansiya var

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Bu tarixlərdə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!®

Məhsulun əvvəlki qiyməti şişirdilir, sonra “endirim” edilir?

Bu duzlarda uyğunsuzluq aşkarlandı

Gömrük borcu ilə bağlı yeni qayda

Kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunur - Səbəblər

Biznesdə “3 il qaydası” nə dərəcədə keçərlidir?

Neftin qiyməti 73 dolları keçdi

“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR

Ən bahalı nişan üzükləri

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

“Əskiyi olsun, amma Azərbaycan malı olsun” – Brendləşməyə aparan yol

Fillərin fermentasiya etdiyi qəhvənin bir fincanı 119 manata satılır

Türk lirəsi ucuzlaşdı - Yeni məzənnə

Sumqayıtda abad məhəllələr yaradılır

"Bitcoin"in qiyməti bir az da düşdü - 104 min dollar oldu

Müasir qonaqpərvərliyin lüğəti - SƏHƏR OXUSU

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin