BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
30760

Hazırda futbolda rekord məbləğdə pullar dövr edir. Premyer Liqa, Liqa 1, La Liqa və Bundesliqa klubları isə dünyanın ən qiymətliləri arasındadır. Premyer Liqanın ilk “10-luq”da yer alması heç də təəccüblü deyil. Ancaq ilk “altılıq”dakı klublar heç də gözlənilən qaydada siyahılanmayıb.

Valyuta.az xəbər verir ki, “Forbes” 2023-cü ilə qədər dünyanın ən dəyərli 10 futbol klubunu açıqlayıb.

“Arsenal” – 2,26 milyard dollar

“Arsenal”ın hazırda yüksələn xətlə getdiyini inkar etmək olmaz. Mikel Arteta dünya futbolunun ən dəyərli komandalarından birini toplayıb və sanki onlar yeni başlayırlar. Növbəti bir neçə mövsümdə eyni trayektoriya ilə davam edəcəkləri təqdirdə, “Arsenal”ın bu mənada sıçrayışını görmək təəccüblü olmayacaq.

“Tottenhem” – 2,8 milyard dollar

“Tottenhem” azarkeşləri burada Şimali Londonun lovğalanma hüquqlarını iddia edə bilərlər. Hotspur təmsilçisi “Forbes”ə görə 2,8 milyard dollarlıq dəyərlə Premyer Liqadakı rəqiblərindən bir qədər yuxarıdadır. Klub uzun müddət kuboksuz qalmasına baxmayaraq gəlirləri artmağa davam etdi. Son səkkiz mövsümün beşində Çempionlar Liqasına vəsiqə qazanan və bu yaxınlarda yeni müasir stadion tikən londonlular rahat şəkildə Avropanın elit klubları ilə yanaşı oturur.

“Çelsi” – 3,1 milyard dollar

Todd Boehli və onun tərəfdaşları keçən il “Çelsi”ni təxminən 5.2 milyard dollara satın aldılar. Hansı ki, bu rəqəm klubun hazırkı qiymətindən təxminən iki milyard dollar çoxdur. Laqeydsizlik, maliyyə böhranı şübhəsiz ki, gələn mövsümdən “Çelsi”nin gəlir axınına təsir edəcək, lakin onlar tezliklə zirvəyə qayıdacaqlarına əmin olacaqlar.

PSJ – 4,21 milyard dollar

Avropanın bəlkə də ən xaotik futbol klubu PSJ-də nadir hallarda darıxdırıcı gün olur. Fransızlar tez-tez meydançada, xüsusən də Çempionlar Liqasında ilişib qalsa da, yenə də cədvəlin üst pillələrindəki yerini möhkəm saxlayır. Kilian Mbappenin gələcəyi hazırda hər kəsi maraqlandırır, çünki o, Səudiyyə Ərəbistanına astronomik gəlirli, üzlərdə gülüş oyadan bir müqavilə ilə transfer olacağı bildirilir. Klub prezidenti Nasser Al-Xelaifi bu vəziyyəti mümkün qədər tez aradan qaldırmağa çalışacaq.

“Bavariya” – 4,68 milyard dollar

Bir çox cəhətdən “Bavariya” ideal futbol klubu kimi idarə olunur. Onlar nadir hallarda transfer bazarında həddən artıq pul xərcləyirlər və buna baxmayaraq müntəzəm şəkildə Bundesliqanın zirvəsinə yüksəlirlər.

“Mançester Siti” – 4,99 milyard dollar

Premyer Liqada demək olar ki, bir onillik üstünlükdən sonra “Mançester Siti”nin elit kateqoriyaya aid olmasına şübhə qalmayıb. Bir müddət öncə klub 815 milyon dollarlıq rekord gəlir əldə etdiyini açıqladı ki, bu da planetimizdəki hər hansı digər futbol klubundan çoxdur. 

“Liverpul” – 5,29 milyard dollar

Meydanda böyük irəliləyişlərə nail olduqları üçün “qırmızılar” bu illər ərzində büdcələrini yaxşı idarə ediblər. Onlar "Enfild"i yenidən inkişaf etdirməyə başladılar və ən zirvədə rəqabət apara bilən bir heyətə sahib oldular.

“Barselona” – 5,51 milyard dollar

Son dövrlərdə yaşadığı maliyyə böhranına baxmayaraq, "Barselona" hələ də dünyanın üçüncü ən dəyərli klubu olaraq qalır. Klub keçən yay bir neçə maliyyə dayaqları taparaq büdcələrini artırmalı idisə, indi işlər düzəlməkdədir.

“Forbes” La Liqa çempionluğunu təzəcə qazanan “Barselona”nın dəyərini 5,51 milyard dollar olaraq qiymətləndirir ki, bu da keçən ilki rəqəmlərə nisbətdə 10% artım deməkdir.

“Mançester Yunayted” – 6,0 milyard dollar

Ser Aleks Ferqyusondan sonra yaşadıqları çətinliklərə baxmayaraq, “Qırmızı şeytanlar” maliyyə məsələsində üstünlüklərini davam etdirir. Ən dəyərli 10 klubdan biri olan mançesterlilər əslində keçənilkindən 30% daha çox dəyər görüb.

“Real” – 6,07 milyard dollar

Başqasını gözləyirdiniz? “Real”la gələn müəyyən bir prestij var və onların bu siyahıya yenidən başçılıq etməsi heç də təəccüblü deyil. Klub meydanda uğur qazanmağa davam edir və bu sahədə böyük addımlar atıb. “Santyaqo Bernabeu”nun bir milyard avroya yenidən qurulması demək olar ki, başa çatıb. Üstəlik hazırda dünyanın ən yaxşı oyunçularından bəziləri də məhz “Real”ın heyətində yer alıb.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin